- “Mastercard”ın tərkibinə daxil olan “Recorded Future” şirkəti “Vizyonun müfəssəlliyi və icra qabiliyyəti” sayəsində 2026-cı il Gartner® Magic Quadrant™ hesabatında kibertəhdidlərin analizi texnologiyaları üzrə lider seçilib.
- Bu nüfuzlu təqdimat “Recorded Future” şirkətinin daha sürətli qərarlar qəbul etmək və daha yaxşı nəticələr əldə etməklə müştərilərə təhlükəsizlik dövrünün bütün mərhələlərində obyektiv və praktik analitik məlumatlar təqdim etməsini əks etdirir.
- “Mastercard” və “Recorded Future” birlikdə təşkilatlara analitik məlumatları real fəaliyyətə çevirməkdə və daim inkişaf edən kibertəhdidlərə qarşı daha güclü dayanıqlılıq yaratmaqda kömək edir.
Bakı, Azərbaycan – May 2026 – “Mastercard” şirkətinin tərkibinə daxil olan “Recorded Future” 2026-cı il Gartner® Magic Quadrant™ hesabatında kibertəhdidlərin analizi texnologiyaları üzrə lider seçilib.
“Gartner Magic Quadrant” tədarükçü şirkətləri vizyonun müfəssəlliyi və icra qabiliyyəti olmaqla, 2 meyar üzrə qiymətləndirir. “Recorded Future” şirkətinin bu sahədə lider kimi tanınması, təşkilatların kiberrisklərin idarə edilməsində daha proaktiv və analitika əsaslı yanaşmalara keçməsi fonunda kibertəhdidlərin analizi texnologiyalarının artan əhəmiyyətindən xəbər verir.
Biznes müəssisələri, hökumət qurumları və maliyyə institutları getdikcə daha mürəkkəb kiberrisklərlə üzləşdikcə, aktual və praktik analitik məlumatlara çıxış dayanıqlılığın təmin edilməsi baxımından ən zəruri faktora çevrilir. “Recorded Future” platforması təşkilatlara kibertəhdidləri daha yaxşı anlamağa, risk prioritetlərini müəyyən etməyə və öz təhlükəsizlik sistemi çərçivəsində insidentlərə daha effektiv cavab verməyə kömək edir.
“Recorded Future” 80 ölkədə 1900-dən çox şirkət və dövlət təşkilatına xidmət göstərir. Onun platforması 200 milyarddan çox ixtisaslaşmış kibertəhdid məlumatı qovşağını əhatə edən Intelligence Graph® vasitəsilə cinayətkarların, infrastrukturun və potensial hədəflərin monitorinqini təmin edir.
“Mastercard” üçün “Recorded Future” şirkətinin inteqrasiyası rəqəmsal iqtisadiyyatda daha yüksək etimadın qurulması strategiyasının bir hissəsidir. “Mastercard”ın ödənişlər, kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldançılığın qarşısının alınması sahəsindəki təcrübəsini “Recorded Future”in kibertəhdidlərin analizi sahəsindəki imkanları ilə birləşdirərək, şirkət müştərilərə daha əlaqəli və mükəmməl rəqəmsal ekosistem şəraitində müdafiəni gücləndirməyə kömək edir.
“Mastercard”ın tərkibinə qatıldıqdan sonra “Recorded Future” şirkəti öz portfelini rəqəmsal qarşılıqlı əlaqələri daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etmək üçün nəzərdə tutulmuş həllərlə genişləndirməyə davam edir.
“Mastercard” haqqında
“Mastercard” dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatın inkişafına və insanların imkanlarının genişləndirilməsinə töhfə verir. Müştərilərimizlə birlikdə biz hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşidli rəqəmsal ödəniş seçimlərini dəstəkləməklə əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, bizneslərə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa imkan verən unikal məhsul və xidmətlər toplusu təqdim edir.
“Recorded Future” haqqında
“Mastercard”ın tərkibinə daxil olan “Recorded Future” şirkəti, dünya üzrə şirkətlərə və dövlət təşkilatlarına xidmət göstərən kibertəhdidlərin analizi üzrə ən böyük şirkətlərdən biridir. Onun platforması cinayətkarların, infrastrukturun və potensial hədəflərin monitorinqini təmin etməklə, təşkilatlara kibertəhdidlərin analizini operativləşdirməyə və kiberdayanıqlılığı gücləndirməyə kömək edir.
