Avqust 11, 2020

Siyasətçilərin tvitter hesabları ələ keçirilib

Co Bayden, Bill Qeyts, İlon Mask, Ceff Bezos, Kanye Vest və Barak Obama kimi bir çox məhşur şəxsin tvitter hesabları hakerlər tərəfindən ələ keçirilib.

“Geekwire” portalı xəbər verir ki, istifadəçilərin səhifələrində bir bitcoin hesabına min dollar göndərməyə dəvət edən mesajlar paylaşılıb. Bundan sonra mesajda məbləğin ikiqat qaytarılacağı bildirilib.

Təhlükəsizlik boşluğunun səbəbi hələ ki, bilinmir. Ancaq mütəxəssilərə görə, hadisənin miqyası hücumun tək bir hesabla həyata keçirilmədiyini göstərir.

Hadisədən sonra Twitter səhmləri təxminən 5 faiz dəyər itirib.

“Tvitterdəki hesabların təhlükəsizliyinə mənfi təsri göstərən bir ehmaldan xəbərdarıq. Vəziyyəti araşdırırıq və problemi düzəltmək üçün addımlar atırıq. Hadisə ilə əlaqədar ən qısa müddətdə açıqlama verəcəyik” deyə Twitter Texniki Dəstək səhifəsində bildirilib.