700-ə yaxın səhiyyə işçisinə daha 2 ay müddətində 50 aznhədiyyə balans yüklənəcək
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosialməsuliyyət tədbirlərini davam etdirir. Şirkət COVID-19-la mübarizədə xalqımızın sağlamlıgının keşiyində dayanan 700-ə yaxın tibb işçisinin balansına Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin təşəbbüsü ilə daha 2 ay ərzindəhədiyyə balans yükləyəcək. Bu dəfə yüklənəcək vəsait 50 azntəşkil edir. Həkimlərin siyahısı Azərbaycan Respublikası SəhiyyəNazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğmüasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadəoluna bilər.
Qeyd edək ki, Azercell COVID-19 pandemiyası ilə mübarizədəinfeksiyanın yayıldığı ilk gündən etibarən həkimlərə dəstək olur. Şirkət tibb işçilərinin mobil telefon nömrələrinə mart ayında 50 azn, iyul, avqust, sentyabr ayları boyu hər ay 30 azn hədiyyəbalans təqdim edib.