Müşviq Məmmədov: Bayramlar ərəfəsində hədiyyə kartları və onlayn alış-verişlə bağlı fırıldaqçılıq sxemləri aktivləşir

Rəqəmsal hədiyyələr – abunəliklər, sertifikatlar və hədiyyə kartları – getdikcə populyarlaşır. Bununla paralel olaraq onlayn fırıldaqçılar bu tendensiyalara uyğunlaşırlar. Kaspersky mütəxəssisləri hədiyyə kartı sahiblərini, həmçinin dostları və ailəsi üçün rəqəmsal hədiyyələr axtaran istifadəçiləri hədəf alan bir neçə fişinq və zərərli proqram kampaniyası müəyyən ediblər. Bu risklərin qarşısını almaq və hər kəsin bayramı ürəyincə keçirməsini təmin etmək üçün şirkətin mütəxəssisi müdafiə üzrə tövsiyələrini bölüşür.

“Balansınızı yoxlayın” və pul getdi!

Kaspersky-nin araşdırmasına* görə, respondentlərin 80%-i abunəliklər, sertifikatlar və hədiyyə kartları da daxil olmaqla, rəqəmsal hədiyyələr verməyə qarşı deyillər. Fırıldaqçılar bu tendensiyadan fəal şəkildə istifadə edirlər: hədiyyə kartlarından vəsait oğurlamaq üçün saxta onlayn mağazalar yaradır, tanınmış brendləri təqlid edir və saxta “balans yoxlaması” veb-saytlarını işə salırlar.

Kaspersky-nin fişinq aşkarlama sistemləri hədiyyə kartlarının statusunun, etibarlılığının və ya balansının “təhlükəsiz” yoxlanılmasını təklif edən saxta platformalar aşkarlayıb. Bu yaxınlarda kart alan istifadəçiləri öz məlumatlarını daxil etməyə inandırılırlar və nəticədə  fırıldaqçılara sahibindən əvvəl kartı aktivləşdirməyə və vəsait oğurlamağa nail olurlar.

Bu cür sxemlərdən qorunmaq üçün mütəxəssislər veb-saytın ünvanını diqqətlə yoxlamağı, şübhəli linklərdən yayınmağı və səhifədəki tərtibat səhvlərinə diqqət yetirməyi tövsiyə edirlər. Hədiyyə kartı balansları yalnız ünvanı brauzerdə əl ilə daxil etməklə brendin rəsmi veb saytında yoxlanılmalıdır. Əlavə müdafiəni müasir anti-fişinq texnologiyaları təklif edən həllərdən istifadə etməklə təmin etmək mümkündür.

Hədiyyə kartı, yoxsa zərərli proqram?

Onlayn satış və marketinq aksiyalarının artması fonunda fırıldaqçılar “cəlbedici” təkliflər adı altında zərərli proqramlar da yayırlar.

Kaspersky mütəxəssisləri “Amazon”un interfeysini təqlid edən və 200 dollarlıq hədiyyə kartı təklif edən saxta veb-sayt aşkar ediblər. İstifadəçilərdən “Amazon hədiyyə kartı əldə et” düyməsini sıxmaq istənilir, sonrasında isə bonus əvəzinə cihaza arxa qapısı olan MSI faylını yükləyirlər. Bu zərərli proqram təcavüzkarlara qurbanın cihazını uzaqdan idarə etməyə imkan verir.

Bu sxem göstərir ki, şübhəli linkə klikləmək təkcə pul və məlumatların oğurlanmasına deyil, həm də cihazın yoluxmasına və ya üzərində nəzarətin itirilməsinə səbəb ola bilər. Saxta veb-saytlar çox vaxt orijinalın dizaynını demək olar ki, birə-bir təkrarladığı üçün onları vizual olaraq ayırd etmək çətin ola bilər.

“Fırıldaqçıların hədiyyə kartları və onlayn alış-verişlə bağlı ssenarilərə marağının davamlı şəkildə artdığını müşhidə edirik. Yadda saxlamaq vacibdir: balansınızı yoxlayın, yalnız rəsmi veb-saytlarda alış-veriş edin və həddindən artıq əlverişli təklifi təkrar-təkrar yoxlayın. Əsas rəqəmsal sayıqlıq tədbirləri və təhlükəsizlik həlləri məlumatların oğurlanması və maliyyə itkiləri riskini əhəmiyyətli dərəcədə azaldır”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

“Kaspersky Premium” həlli veb-sayt və URL-in şübhəli əlamətlərini müəyyən edən analiz texnologiyaları sayəsində istifadəçiləri saxta onlayn mağazalara keçid etməkdən qoruyur. Məhsul 2025-ci ildə “AV-Comparatives”-in “Fake Shops Detection” sertifikatlaşdırması nəticəsinfə sonra “Approved” (Təsdiqlənmiş) statusunu əldə edib.

* Araşdırma Kaspersky-nin tədqiqat mərkəzi tərəfindən 2025-ci ilin noyabr ayında aparılıb. Sorğuda 15 ölkədən (Argentina, Çili, Çin, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya, Türkiyə, Böyük Britaniya və BƏƏ) 3000 respondent iştirak edib.