“Kontakt” mağazalar şəbəkəsi müştərilərinə tarixinin ən böyük pul mükafatını – 100 000 AZN-dək uduş imkanı təqdim edir. Hər kəsi sevindirməyi hədəfləyən “Kontakt” oyunun qaydalarını müştərilərin xeyrinə dəyişdi. İndi atmaq istədiyiniz qoşanı özünüz seçirsiniz və böyük mükafata aparan yolu özünüz müəyyənləşdirirsiniz.
İllərdir minlərlə müştərisini avtomobillərlə, uduşlarla sevindirən “Kontakt” bu dəfə “Şeş-Qoşa” kampaniyasını daha azad, daha iddialı və çox sadə formatda təqdim edir. “Qoşa seç, 100 000 AZN-dək apar” sloqanı ilə start götürən bu kampaniyada uduş imkanı maksimum olmaqla yanaşı, şərtlər də maksimum dərəcədə sadədir.
Belə ki, əvvəlki illərdə uduş yalnız şeş zərlərin atılması ilə mümkün idisə, yeni formatda seçim üstünlüyü tam şəkildə müştəriyə verilir. Artıq hər bir iştirakçı öz uğurlu qoşasını özü müəyyənləşdirir və məhz bu seçim onu böyük uduşa aparan əsas amilə çevrilir. Beləliklə, “Şeş-Qoşa” kampaniyası bu dəfə şansdan daha çox seçim azadlığını və müştəri iştirakını ön plana çıxarır.
Kampaniyada iştirak etmək və 100 000 AZN-dək uduşa aparan yol isə cəmi bir neçə sadə addımdan ibarətdir:
- Əvvəlcə, “Kontakt” mağazalarından minimum 300 AZN dəyərində istər nağd, istərsə də, hissəli alış-veriş edən hər kəs seçdiyi qoşanı atmaq şansı qazanır və bundan sonra müştəri öz uğurlu qoşasını seçir.
- Seçilmiş qoşa birinci atışda düşərsə, müştəri heç bir əlavə şərt olmadan məhsulun dəyərinin 10%-ni dərhal geri alır.
- Əgər eyni qoşa ikinci cəhddə də təkrar olunarsa, iştirakçı aldığı məhsulun 100%-lik dəyərini geri alır və əsas mükafat üçün böyük final mərhələsinə vəsiqə qazanır. Üstəlik, növbəti atışın uğurlu olub-olmamasından asılı olmayaraq, əvvəlki uduşlar toxunulmaz qalır.
- Böyük finalda isə qayda yenə eynidir: iştirakçı final üçün yeni bir qoşa seçimi səsləndirir və elə oradaca seçdiyi qoşanı atarsa, “Kontakt”ın indiyədək təqdim etdiyi ən böyük mükafatı, 100 000 AZN-dək pul uduşunu qazanır.
“Qoşa seç, 100 000 AZN-dək apar” kampaniyası artıq bütün “Kontakt” mağazalarında aktivdir. Odur ki, seçimin öz əlinizdə olduğu bu kampaniya ilə həm xəyallarınıza, həm də 100 000 AZN-ə gedən yolun qapısını açın.
Ətraflı məlumat üçün kontakt.az saytına daxil ola və ya *6060 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.
