Bakı, Azərbaycan – Fevral 2026. Mastercard rəhbərliyi ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşündə iştirak edib. Görüş zamanı şirkətin rəqəmsal ödənişlərin sürətləndirilməsi və inklüziv rəqəmsal inkişafın təşviqi ilə bağlı strategiyası haqqında məlumat verilib. Eyni zamanda, Mastercard-ın Azərbaycanın uzunmüddətli iqtisadi baxışına davamlı dəstəyi bir daha vurğulanıb.
Sözügedən görüş Azərbaycana təşkil olunan geniş biznes missiyasının tərkib hissəsi kimi baş tutub. Missiya çərçivəsində həmçinin Azərbaycanın Prezident Aparatı, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Mərkəzi Bankının rəsmiləri ilə müzakirələr aparılıb.
Azərbaycan hökuməti ilə strateji əlaqələrin gücləndirilməsi
Bu yüksək səviyyəli proqramın davamı kimi Mastercard son illərdə Azərbaycanda rəqəmsallaşmanı sürətləndirmiş və dayanıqlı maliyyə ekosisteminin inkişafına töhfə vermiş mühüm iqtisadi islahatları yüksək qiymətləndirir. Şirkət dayanıqlı və inklüziv iqtisadi inkişafı dəstəkləyən dövlət və özəl sektor arasındakı konstruktiv dialoqu əhəmiyyətli hesab edir.
Keçirilmiş görüşlərdə Mastercard ölkə prezidentinin və hökumətinin müəyyən etdiyi strategiya və prioritetlərini yüksək qiymətləndirdiyini bəyan etmişdir. Müzakirələr zamanı şirkətin rəqəmsallaşma, süni intellekt, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi kimi sahələrdə əməkdaşlığa hazır olduğu bir daha təsdiqlənmişdir.
Mərkəzi Bank və aparıcı dövlət qurumları ilə əməkdaşlıq
Mastercard Azərbaycan Mərkəzi Bankı (AMB) ilə sıx və məhsuldar əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində şirkət tərəfindən rəqəmsal ödənişlər, maliyyə inklüzivliyi, KOB-lərin dəstəklənməsi, kibertəhlükəsizlik və müasir ödəniş infrastrukturu sahələrində birgə təşəbbüslər təşviq edilir. AMB ilə birgə həyata təqdim edilən “Azərbaycanda rəqəmsallaşmanın yeni dalğası” adlı analitik hesabatın tərkib hissəsi kimi Mastercard tədqiqat məlumatlarını və strateji tövsiyələrini digər dövlət qurumları ilə də paylaşmağa davam edir. Bu yanaşma KOB-lər haqqında ortaq baxışın daha geniş milli təsirə çevrilməsini və ölkənin ümumi iqtisadi inkişafını dəstəkləyir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə davam edən işbirliyi ilə yanaşı, Mastercard bu yaxınlarda Mərkəzi Bankın sədri Taleh Kazımovla da məhsuldar görüş keçirib. Görüş zamanı AMB-nin hökumətin strateji gündəliyi üzrə daha geniş əməkdaşlığa açıq olduğu bir daha vurğulanıb və innovasiya, rəqəmsallaşma və maliyyə inklüzivliyinin inkişafında davamlı tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
Bakıda yüksək səviyyəli rəsmilərlə görüşlər
Mastercard-ın Azərbaycanın iqtisadi inkişafına uzunmüddətli dəstəyi bu yaxınlarda şirkətin sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmanın səfəri ilə bir daha ön plana çıxarılıb. Səfər çərçivəsində bir sıra yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşlər keçirib. Müzakirələrin əsas mövzusu maliyyə inklüzivliyi, rəqəmsallaşma, innovasiya, kibertəhlükəsizlik və ümumi rəqəmsal transformasiya olub. Səfər çərçivəsində həmçinin AmCham Azərbaycan tərəfindən maliyyə sektoru liderlərinin iştirakı ilə yüksək səviyyəli dəyirmi masa təşkil olunub. Bu görüş Mastercard-ın Azərbaycanda müasir, etibarlı və innovativ rəqəmsal iqtisadiyyatın birgə formalaşdırılmasına davamlı dəstəyini bir daha nümayiş etdirib.
Azərbaycanın rəqəmsal inkişafına uzunmüddətli dəstək
Mastercard qlobal şəbəkəsi, qabaqcıl texnologiyaları və beynəlxalq təcrübəsi ilə təhlükəsiz rəqəmsal ödəniş sistemlərinə çıxışın genişləndirilməsini dəstəkləyir, maliyyə savadlılığını və maliyyə inklüzivliyini təşviq edir. Bununla yanaşı, şirkət innovativ maliyyə məhsul və xidmətlərinin kənd və xidmətlərdən yetərincə yararlana bilməyən icmalara çatdırılmasına kömək edir.
Mastercard Azərbaycanın dövlət qurumları ilə sıx institusional tərəfdaşlığı yüksək qiymətləndirir. Bu tərəfdaşlıq çərçivəsində ölkənin uzunmüddətli rəqəmsal transformasiyasını və iqtisadi prioritetlərini dəstəkləmək məqsədilə qlobal və qabaqcıl beynəlxalq təcrübələri və çevik texnologiyaları bölüşməyə davam edir.
Mastercard haqqında
Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz bir araya gələrək insanlara, bizneslərə və hökümətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.


