Ölkənin hər yerini əhatə edən “Milliön” ödəmə terminallarının sayı artmaqdadır.
Artıq 1250 yeni terminal quraşdırılmağa hazırlanır. Ümumilikdə, il sonunadək quraşdırılacaq ödəmə terminallarının sayı 1500-i keçəcək. Bunların 60 faizi regionları, 40 faizi isə Bakı və Abşeron ərazisini əhatə edəcək.
Hazırda Bakı, Sumqayıt və Abşeronda 2270, Quba-Qusar zonasında 250-dən çox, Naxçıvanda 160, Lənkəran-Astarada 306, Qarabağda 27, Şəki-Zaqatalada 164, Qəbələ-İsmayıllıda 124, Aran zonasında 213, Tovuz-Gədəbəy ərazisində isə 700-dən çox “Milliön” ödəmə terminalı fəaliyyət göstərir.
900 növ xidmətlə hər ay milyonlarla insana xitab edən “Milliön” bir “PashaPay” məhsuludur.