Sonuncu dəfə Microsoft dünyanın ən bahalı şirkəti statusunu 2021-ci ildə qazanmışdı. Keçən ay da bu vəziyyət təkrarlandı. Lakin çox qısa müddət ərzində Apple onu geridə qoyaraq yenidən dünyanın ən bahalı şirkəti oldu. Birjadakı həmin vəziyyətdən 1 ay keçdi və indi Microsoft yenidən dünyanın ən bahalı şirkəti statusunu qazanıb. Belə ki, keçən həftənin sonuna yaxın şirkətin səhmlərinin ümumi dəyəri 1.56% yüksələrək bir səhm üçün 420.55$ təşkil edib. Nəticədə Microsoft-un bazar dəyəri 3.124 trilyon dollara yüksəlib. Bu, bütün şirkətlər arasında qeydə alınmış yeni rekorddur. Daha öncəki rekorda Apple imza atmışdı. Belə ki, 31 iyul 2023-cü il tarixində onun bazar dəyəri 3.09 trilyon dollara yüksəlmişdi. İndi isə onun bazar dəyəri 2.916 trilyon dollar təşkil edir.