Milli Süni İntellekt Mərkəzi dövlət qurumlarının əməkdaşları üçün təlim təşkil edib 

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş prioritetlərə uyğun olaraq, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi və kadr potensialının inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Bu çərçivədə dövlət qurumlarının  əməkdaşlarının süni intellekt üzrə bilik və bacarıqlarının artırılması məqsədilə “AI Academy”nin təşəbbüsü ilə təlim proqramı həyata keçirilib.

Proqram çərçivəsində əsas diqqət dövlət qurumlarında gündəlik əməliyyat və qərarvermə proseslərinə süni intellektin inteqrasiyasına yönəlmiş praktik yanaşmaların formalaşdırılmasına verilib. İştirakçılar məlumatların emalı, proseslərin avtomatlaşdırılması və süni intellekt əsaslı həllərin real iş ssenarilərində tətbiqi üzrə praktiki bilik və bacarıqlar əldə ediblər.

“AI Academy” tərəfindən həyata keçirilən bu təşəbbüslər dövlət sektorunda məlumat əsaslı qərarvermə mədəniyyətinin gücləndirilməsinə, süni intellekt texnologiyalarının institusional səviyyədə tətbiqinə hazırlığın artırılmasına və milli süni intellekt ekosistemində dayanıqlı bacarıq bazasının formalaşdırılmasına töhfə verir.