Site icon TECHNIMUM

“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

“Nar” komandası 5 ay davam edən gərgin mübarizə nəticəsində “Breyn Rinq” yarışmasının 23-cü mövsümündə qalib gəlib. Ümumilikdə “Breyn Rinq” intellektual yarışmasının bu mövsümündə 20 komanda iştirak edib. “Nar” finalda “Gəncə” komandasını 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Nar” komandası 4 qat Azərbaycan çempionu və mobil operatorun təsis etdiyi “Nar” kubokunun 6 qat qalibidir.

“Nar” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində intellektual oyunları dəstəkləyir. Mobil operator 10 ildən artıqdır ki, “Breyn Rinq” intellektual yarışmasının əsas tərəfdaşıdır. Bu tərəfdaşlığın məqsədi ölkədə təhsil təşəbbüslərini təşviq etməkdir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə liderdir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Exit mobile version