“INNOLAND” İnkubasiya proqramı elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi İnkubasiya proqramı elan edir.

İnkubasiya proqramı erkən inkişaf mərhələsində olan startapları dəstəkləyir. Əsas məqsəd ideya mərhələsində olan startapları prototip (MVP) hazırlamaq səviyyəsinə çatdırmaqdır. Proqram 3 ay davam edir. “INNOLAND” İnkubasiya proqramına mentorluq dəstəyi, əlaqələrin qurulması və ofis təminatı daxildir.

İnkubasiya proqramına qatılmaq üçün son qeydiyyat tarixi: 15 iyun 2020

Qeydiyyat formu: https://forms.gle/sFDUJZoFNmESw5Wv7