Kaspersky-nin də daxil olduğu Stalker Proqramlarına Qarşı Koalisiya (Coalition Against Stalkerware) özünün ilk fəaliyyət ildönümünü 2020-ci ilin noyabrında qeyd edir. Koalisiya iştirakçılarının sayı il ərzində 2,5 dəfə artıb. Bu tarixə qədər Kaspersky tədqiqat mərkəzi olan GReAT qrupunun mütəxəssis komandası tərəfindən hazırlanmış TinyCheck utiliti yayımlanıb. Yeni alət mobil cihazlarda quraşdırılmış stalker (təqib) və casus proqramını aşkarlayır, təqibin təşəbbüskarı isə bundan xəbər tutmur.
Raspberry Pi platformasında işləyən cihazlar üçün nəzərdə tutulmuş açıq mənbəli utilitdir. O, qeyri-kommersiya təşkilatlarının məişət zorakılığı qurbanlarına öz fiziki və rəqəmsal bütövlüyünü qorumaq işində dəstək olması məqsədilə hazırlanmışdır. TinyCheck mobil cihazdan gələn trafiki taramaq və casus proqramı yaradıcılarının serverlərə qoşulmalarını tanımaq üçün Wi-Fi istifadə edir. Onu buradan görə bilərsiniz: https://github.com/KasperskyLab/tinycheck.
“Belə bir alət yaratmaq ideyası qadın hüquqlarını müdafiə edən bir Fransız qeyri-kommersiya təşkilatının nümayəndələri ilə stalker proqramı problemini müzakirə etdiyimiz bir yığıncaqda meydana gəldi. Cihazlarına bir təqib proqramı qurulduğundan şübhələnən, bununla belə, bildiklərini paylaşmayan insanlara necə kömək edə biləcəyimiz barədə düşündük,” deyə TinyCheck-i yaradan Kaspersky tədqiqat mərkəzinin mütəxəssisi Feliks Eme bildirib.
2018-ci ildən etibarən toplanan Kaspersky məlumatlarına görə, dünyada cihazlarına stalker proqramları quraşdırılmış istifadəçilərin illik sayı təxminən 50 min nəfərdir. Pandemiya dövründə bu rəqəmin praktiki olaraq dəyişmədiyini qeyd etmək lazımdır: 2019-cu ilin yanvar-oktyabr aylarında demək olar ki, 52 min, 2020-ci ilin eyni dövründə – 48,500-dən çox belə qurğu qeydə alınıb**. Dünyadakı insanlar arasında bu təhlükə barədə məlumatlılığı artırmaq üçün Koalisiya üzvləri 2020-ci ildə bir sıra kütləvi çıxışlar və tədbirlər təşkil ediblər. Bunlardan biri, xüsusilə 2020-ci ilin noyabrında BMT-nin İnterneti İdarəetmə Forumu çərçivəsində baş tutub.
“Stalker proqramları ilə mübarizə koalisiyası artıq bir ildir ki mövcuddur və bu müddət ərzində məlum olub ki, problem təkcə texniki deyil, həm də sosial və qlobaldır. Çətinlik ondan ibarətdir ki, yayılması və istifadəsi üçün tənzimləmənin yoxluğu fonunda qanuni kommersiya təqib proqramları ilə mübarizə aparmalı oluruq, həm də zorakılığın müxtəlif formalarına qarşı tədbirlər görürük. Topladığımız məlumatlar QHT-lərə sui-istifadənin texniki formaları ilə bağlı təlimlər keçməyə imkan verir, lakin bu kifayət deyil, eyni zamanda bu cür təcrübənin psixoloji və sosial nəticələri və səbəbləri ilə işləməli və onları başa düşməliyik,” deyə Kaspersky-nin xarici əlaqələr şöbəsinin müdiri Kristina Şingareva bildirib.
Stalker proqramları ilə mübarizə Koalisiyası haqqında
Koalisiya təqib proqramlarının istifadə olunduğu şiddət, təcavüz və təqiblə mübarizə aparmaq məqsədi ilə 2019-cu ilin noyabrında yaradılıb. Hazırda informasiya təhlükəsizliyi həlləri istehsalçıları və şiddət qurbanlarına kömək edən QHT-lər də daxil olmaqla, koalisiya 26 təşkilatı təmsil edir. Problemin qlobal sosial əhəmiyyətini və bu cür proqramların yeni nümunələrinin müntəzəm olaraq meydana çıxmasını nəzərə alaraq, stalker proqramları ilə mübarizə Koalisiyası yeni ortaqlıqlara açıqdır və müxtəlif təşkilatları əməkdaşlığa təşviq edir. Daha çox məlumatı www.stopstalkerware.org saytında əldə edə bilərsiniz. Məlumatlar hazırda İngilis, Fransız, İtalyan, İspan, Alman və Portuqal dillərindədir.
*Stalker proqramı – bir insanı gizli şəkildə izləmək və məxfiliyinə müdaxilə etmək üçün istifadə olunan qanuni kommersiya təqib proqramıdır.
**Anonimləşdirilmiş məlumatlar 2019-cu və 2020-ci ilin yanvar-oktyabr aylarında Android üçün Kaspersky Internet Security həllindən alınan cavablar əsasında əldə edilib.