Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında

  • Mastercard TIME jurnalının World’s Best Companies 2026 reytinqində dünyanın ən yaxşı 20 şirkəti sırasında yer alıb.
  • Şirkət, həmçinin Fortune AIQ 75 reytinqində 6-cı sırada qərarlaşıb.

Bakı, Azərbaycan — oktyabr 2026-cı il — Mastercard iki mühüm qlobal nüfuza layiq görülüb: şirkət TIME jurnalının World’s Best Companies 2026 reytinqində dünyanın ən yaxşı 20 şirkəti sırasına daxil olub və süni intellekt sahəsində qabaqcıl yanaşmalar tətbiq edən Fortune 500 şirkətlərini qiymətləndirən Fortune AIQ 75 reytinqində 6-cı yeri tutub.

Bu iki nüfuz Mastercard-ın bugünkü fəaliyyətinin iki mühüm istiqamətini əks etdirir: şirkətin güclü biznes göstəricilərini və iş mühiti mədəniyyətini, eləcə də yeni texnologiyaları istehlakçılar, bizneslər və tərəfdaşlar üçün real dəyər yaradan praktik həllərə çevirmək bacarığını.

Dünyanın aparıcı şirkətləri sırasında

Mastercard TIME jurnalının World’s Best Companies 2026 reytinqində dünyanın ən yaxşı 20 şirkəti sırasında yer alıb.

Statista ilə birgə hazırlanan reytinq aparıcı qlobal şirkətləri üç bərabər çəkili meyar üzrə qiymətləndirir: əməkdaş məmnuniyyəti, gəlir artımı və dayanıqlılıq sahəsində şəffaflıq. Qiymətləndirmə dünyanın müxtəlif ölkələrində çalışan əməkdaşların rəylərinə, şirkətlərin gəlir göstəricilərinə, eləcə də ekoloji, sosial və korporativ idarəetmə göstəricilərinə əsaslanır.

Mastercard-ın qlobal ilk 20-liyə daxil olması şirkətin gücünün yalnız maliyyə nəticələri ilə məhdudlaşmadığını göstərir. Bu nəticə əməkdaşlar üçün yaradılan iş mühitindən tutmuş məsuliyyətli və dayanıqlı inkişafa yanaşmaya qədər müxtəlif amilləri əks etdirir. Eyni zamanda, uzunmüddətli biznes uğurunun yalnız müştəri və tərəfdaşlar üçün deyil, bizneslə əlaqəli insanlar və icmalar üçün də dəyər yaratmaqdan keçdiyi yanaşmasını nümayiş etdirir.

Bu nəticə Mastercard-ın ilin əvvəlində TIME100 Most Influential Companies 2026 siyahısına daxil edilməsindən sonra əldə olunub. Həmin siyahıda şirkət qlobal maliyyə sektorunun ən nüfuzlu 10 şirkəti sırasında da yer almışdı.

Süni intellekti real dəyərə çevirmək

Mastercard, həmçinin Fortune 500 şirkətlərinin süni intellekti praktikada nə dərəcədə effektiv tətbiq etdiyini qiymətləndirən Fortune AIQ 75 reytinqində 6-cı sırada yer alıb.

Reytinq yalnız süni intellektə yatırılan investisiyaları deyil, şirkətlərin bu texnologiyanı necə tətbiq etdiyini və həmin investisiyaların hansı dəyəri yaratdığını da nəzərə alır. Qiymətləndirmə zamanı süni intellektin tətbiqi, investisiyanın gəlirliliyi, rəqabət üstünlüyü və idarəetmə kimi istiqamətlər təhlil edilir. 2026-cı ildə reytinq çərçivəsində şirkətlərin süni intellekt agentlərinin tətbiqi üzrə yetkinlik səviyyəsi, yaratdığı real dəyər və tətbiq miqyası da qiymətləndirilir.

Mastercard üçün süni intellekt artıq potensial imkan olmaqdan çıxaraq praktiki tətbiq mərhələsinə keçib. Şirkət təhlükəsizliyi gücləndirmək, istifadəçi təcrübəsini təkmilləşdirmək, insanların və bizneslərin qarşılıqlı əlaqə və ödəniş imkanlarını genişləndirmək üçün fəaliyyətinin müxtəlif istiqamətlərində süni intellektdən istifadə edir. Süni intellekt gündəlik ticarətin daha mühüm hissəsinə çevrildikcə, Mastercard innovasiyaların etimada əsaslanmasına və real dəyər yaratmasına xüsusi diqqət yetirir.

Bu nüfuzlar birlikdə Mastercard haqqında daha geniş mənzərə yaradır: güclü biznes təməllərini innovasiyanı real dəyərə çevirmək bacarığı ilə birləşdirən və ticarətin inkişafında etimadı əsas prinsip kimi qoruyan bir şirkət.

Azərbaycanda Mastercard qlobal təcrübə və innovasiyalarını yerli bazara gətirmək üçün tərəfdaşları ilə sıx əməkdaşlığı davam etdirir, müasir rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyir və yeni ticarət formalarının istehlakçılar və bizneslər üçün daha təhlükəsiz, əlçatan və etibarlı olmasına töhfə verir.

Mastercard haqqında

Mastercard dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatların inkişafına və insanların imkanlarının genişləndirilməsinə töhfə verir. Müştərilərimizlə birlikdə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşidli rəqəmsal ödəniş imkanlarını dəstəkləyərək əməliyyatların təhlükəsiz, sadə, ağıllı və əlçatan olmasını təmin edirik. Texnologiyalarımız və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlara, bizneslərə və dövlət qurumlarına öz potensiallarını tam reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər təqdim etməyə imkan verir.

www.mastercard.com