31 mart Ümumdünya Ehtiyat Nüsxə Günüdür (World Backup Day). Bu münasibətlə Kaspersky istifadəçilərin vacib məlumatları necə saxlamağa üstünlük verdiklərini öyrənmək qərarına gəlib və foto, video və digər dəyərli məlumatların itirilməsinin qarşısını almaq üçün tövsiyələr təqdim edib.
Kaspersky-nin sorğusuna* əsasən, insanların əksəriyyəti şəxsi məlumatları, məsələn, pasport skanlarını, maliyyə və tibbi sənədlərini, fotoşəkilləri və videoları (84%) rəqəmsal şəkildə saxlamağa üstünlük verir. 18-34 yaşlı gənclər arasında bu rəqəm daha da yüksəkdir – 90%. Respondentlərin yalnız 16%-i fiziki nüsxələrə üstünlük verir və bu üsul 55 yaşdan yuxarı insanlar arasında daha geniş yayılıb (təxminən 30%).
Respondentlərin yarısından çoxu (56%) vacib məlumatları kompüterdə və ya xarici sərt diskdə saxladıqlarını, 45%-i bulud məhsullarından və 20%-i isə dövlət rəqəmsal xidmətlərindən istifadə etdiyini bildirib. Hər bir metodun öz üstünlükləri və çatışmazlıqları var. Məsələn, fiziki daşıyıcılar zədələnə və ya itirilə bilər, böyük yaddaş cihazları özü ilə daşımaq üçün əlverişsizdir və bulud xidmətləri lazımi anda, məsələn, hesabın sındırılması səbəbindən əlçatmaz ola bilər.
Rəqəmsal məlumatları qorumaq üçün Kaspersky istifadəçilərə tövsiyə edir:
1. Ethiyat nüsxənin yaradılması üçün sistem düşünün
Hər faylın ehtiyat nüsxəsini çıxarmağa ehtiyac olmadığı kimi məlumatların saxlanmasına da vahid yanaşma yoxdur. Bununla belə, bərpası çətin olan faylları qorumaq da daxil olmaqla, özünüz üçün rahat bir sistem hazırlamaq lazımdır. Məsələn, məşhur 3-2-1 strategiyası mövcuddur: vacib məlumatların ən azı üç nüsxəsini çıxarıb onları iki fərqli üsulla saxlamaq və əsas saxlama yerindən kənarda, yəni evdə və ya ofisdə (məsələn, xarici sərt diskdə) ən azı bir ehtiyat nüsxə çıxarmaq.
Login və şifrələr, pasport məlumatları və maliyyə sənədləri kimi həssas məlumatlar xüsusi diqqət tələb edir. Onları təhlükəsiz şəkildə saxlamaq üçün Kaspersky Password Manager kimi ixtisaslaşmış həll köməyə çata bilər. Bu həll istifadəçi hesablarından əlavə olaraq, pasport skanları, PDF faylları, ünvanlar və şəxsi qeydlər kimi vacib sənədləri şifrələnmiş formada təhlükəsiz şəkildə saxlamağa imkan verir.
2. Məlumatların təhlükəsizliyini təmin edin
Kaspersky-nin məlumatına görə, sorğuda iştirak edən istifadəçilərin 98%-i məlumatlarının saxlanmasını qorumaq üçün müəyyən tədbirlər görür. Lakin bu tədbirlər həmişə təhlükəsiz olmur: məsələn, 36% respondent hesablarına daxil olmaq üçün şifrələrdən istifadə edir, asan yadda qalan kombinasiyalar seçir. Nəticədə həmin şifrələr kənar müdaxilələrə qarşı kövrək olur – təcavüzkarlar nömrələmə hücumlarından istifadə edərək onları sındıra bilərlər. Buna görə də, əlavə müdafiə üçün mümkün olan hər yerdə ikifaktorlu identifikasiya (2FA) qurmağı tövsiyə edirik. Bundan əlavə, mürəkkəb və unikal şifrələr yaratmaq və onları müntəzəm qaydada dəyişmək vacibdir. Bunun üçün şifrə menecerlərindən istifadə etmək olar.
3. Avtomatik ehtiyat nüsxələrindən istifadə edin
İstifadəçilər tez-tez ehtiyat nüsxəsinin yaradılmasının vacibliyini unudurlar. Bu prosesi sadələşdirmək üçün cihazlardakı daxili ehtiyat nüsxə yaradılması funksiyasından istifadə etmək olar (məsələn, iPhone/iPad/Mac üçün iCloud, Android/Windows üçün Google Drive/OneDrive). Vaxtaşırı, məsələn, ayda bir və ya iki dəfə məlumatların ehtiyat nüsxəsinin çıxarıldığını yoxlaya və ya təhlükəsiz olduğundan əmin olmaq üçün buluddan fayl yükləməyə cəhd etmək edə bilərsiniz. Həmçinin təhlükəsizlik proqramlarından faydalanmaq olar. Məsələn, Kaspersky Premium həlli istifadəçilərə “Windows” cihazlarında məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsini çıxarmağa və bərpa etməyə imkan verir. Məlumat həmçinin daşına bilən disklər və ya şifrələnmiş bulud yaddaşında asanlıqla saxlanıla bilər.
“Məlumatların ehtiyat nüsxəsinin çıxarılmasının nə qədər vacib olduğu hər kəsə məlumdur. Lakin əksəriyyətimiz bunu heç vaxt etmirik, çünki istifadəçilər adətən hər şeyin nüsxəsini birdən çıxarmağa çalışırlar ki, bu da çətin bir işdir. Bəs bu prosesi necə sadələşdirmək olar? Ehtiyat nüsxəsinə digər iş proseləri kimi eyni həssaslıqla yanaşın. Faylları kateqoriyalara bölün: çox vacib, vacib və aşağı prioritetli. Ən vacib məlumatlar üçün avtomatik real vaxt ehtiyat nüsxələrinin çıxarılmasını aktivləşdirin və digərləri üçün, daha az tezlikdə, məsələn, həftəlik və ya aylıq olaraq planlaşdırın. Şifrələr və ya pasport məlumatları kimi həssas məlumatlar üçün isə şifrələnmiş məlumatları saxlamaq imkanına malik ixtisaslaşmış həllərdən istifadə edin. Ehtiyat nüsxələmə prosesini avtomatlaşdırmaq və prioritetləşdirməklə çox səy göstərmədən həqiqətən vacib olanı qoruya bilərsiniz”, – deyə Kaspersky-nin İstehlakçı biznesinin inkişafı üzrə direktoru Marina Titova bildirib.
* Sorğu Kaspersky şirkətinin daxili tədqiqat mərkəzi tərəfindən 15 ölkədən (Argentina, Çili, Çin, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya, Türkiyə, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirlikləri) 3000 respondentin iştirakı ilə 2025-ci ilin noyabr ayında keçirilib.
