İnnovasiya lideri Bakcell Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib.
Bakcell sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsini minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya proseslərin daha da optimallaşdırılmasına, əməliyyat səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Bu addım Bakcell-in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir
Qeyd edək ki, bu addım Bakcell-in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf, həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən yaradılan RSD altsistemi inteqrasiya olunmuş tərəflərin elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edir. Təkmil sertifikatlı gücləndirilmiş elektron imzalarla isə məlumatların məxfiliyi və bütövlüyü qorunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
