- Mastercard süni intellekt, kibertəhlükəsizlik, sürətli ödənişlər və rəqəmsal transformasiya sahəsində qlobal təcrübəyə töhfə verərək Beynəlxalq Bankçılıq Forumu 2025-in “Qızıl sponsoru” kimi çıxış etdi.
- Şirkət rəhbərləri süni intellektə əsaslanan bankçılıq, hiper-fərdiləşdirmə, məlumatların hazırlığı və agent ticarətinin artan təsiri barədə fikirlərini bölüşdülər.
- Mastercard mütəxəssisləri süni intellektin tətbiqinə hazırlıq, “Agent ödənişi” və dayanıqlı rəqəmsal ekosistemlər mövzusunda xüsusi sessiyalar da daxil olmaqla, bir çox panelə rəhbərlik etdilər.
- İştirakçılar Mastercard-ın texnologiya və emosiyaların mənalı anlar yaratmaq üçün necə bir araya gəldiyini nümayiş etdirən interaktiv “Qiymətsiz təcrübə” stendində oldular

Mastercard Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda (IBF) “Qızıl sponsor” qismində iştirak edərək regionun ən nüfuzlu maliyyə tədbirlərindən birinə ekspert perspektivləri, düşüncə liderliyi və qabaqcıl ödəniş məlumatları ilə öz töhfəsini verdi.
Rəsmi proqramın bir hissəsi olaraq, Mastercard natiqləri qlobal bankçılıq trendləri, rəqəmsal transformasiya, ödəniş innovasiyası, kibertəhlükəsizlik və süni intellektin maliyyə xidmətlərinə artan təsirinə yönəlmiş bir neçə əsas sessiyayada rəhbərlik və iştirak etdilər. Bu iştirak şirkətin regionda təhlükəsiz, innovativ və səmərəli maliyyə ekosisteminin inkişafını dəstəkləmək öhdəliyini əks etdirir.
Açılış paneli – Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq
Forumda Mastercard-ı Avropa, Mərkəzi Asiya və Afrika üzrə Xidmətlər biznesinin inkişafı üzrə rəhbər Kutay Ak təmsil etdi. O, sənaye liderləri ilə birgə texnologiyanın, rəqəmsal alətlərin və qabaqcıl analitikanın müasir bank modellərinin dayanıqlılığını necə gücləndirdiyi barədə müzakirələrdə iştirak etdi.
Kutay Ak rəqəmsal ödənişlərin genişlənməsini, açıq bankçılığın inkişafını və fintex kanallarının böyüməsini fonunda Azərbaycanın maliyyə ekosisteminin sürətlə modernləşdirildiyini qeyd etdi.
“Azərbaycanın maliyyə sektoru müsbət templə irəliləyir. Mastercard qlobal innovasiya, güclü tərəfdaşlıq və gələcək üçün hazır rəqəmsal infrastrukturu təqdim etməklə bu səyahəti dəstəkləməkdən qürur duyur”, – deyə Kutak Ak bildirdi.

Bankçılıqda gələcəyi formalaşdıran yeni trendlər
Hamid Salamlının (Mastercard-ın Biznesin İnkişafı üzrə Direktoru) moderatorluğu ilə keçirilən sessiyada Mastercard mütəxəssisləri bankçılıq mənzərəsini yenidən müəyyən edən texnoloji və struktur dəyişikliklərini nəzərdən keçirmək üçün bir araya gəldilər.
Eren Özkan “Sərhədsiz bankçılıq” üzrə regional perspektivi bölüşərək süni intellektin gücü ilə fərdiləşdirmənin, rəqəmsal kimliyin və inteqrasiya olunmuş maliyyənin müştəri gözləntilərini necə yenidən formalaşdırdığını və bazarlararası inteqrasiyanı necə sürətləndirdiyini vurğuladı.
Fatih Alalı bankların məlumatları, idarəetməni və biznes dəyərini uyğunlaşdırmaqla təcrübədən miqyaslı süni intellektin tətbiqinə necə keçə biləcəyini vurğulayaraq müzakirələri “Təəssüratdan təsirə” adlı praktik baxışla genişləndirdi.
Müzakirə Azərbaycan bazarı haqqında fikirlərlə tamamlanıb və regional bankların inkişafın növbəti mərhələsini sürətləndirmək üçün bu qlobal trendlərdən necə istifadə etdiyi vurğulandı.
İnklüziv və ağıllı: Gündəlik ödənişlərin yenidən kəşfi
Sessiyada Dirim Altunbaşın (Mastercard-ın Azərbaycan və Türkiyə üzrə rəqəmsal siyasət rəhbəri) əsas çıxışla yadda qaldı. O, Mastercard-ın “Agent ticarəti”nə dair baxışını təqdim etdi. Dirim Altınbaş süni intellektlə işləyən agentlərin alış qərarlarına təsir etməyə və gündəlik əməliyyatları yenidən formalaşdırmağa necə başladığını və “Mastercard Agent Pay” həllinin bu inkişaf etməkdə olan rəqəmsal səyahətlərə etibarlılıq, şəffaflıq və identifikasiyanı necə gətirdiyini izah etdi.
Daha ağıllı bankçılıq: Süni intellekt, məlumatlar və avtomatlaşdırmanın növbəti dalğası
Süni intellekt hazırlığına həsr olunmuş sessiyada İlker Kurtulmuş (Mastercard-ın Məşvərətçilər və məşvərət xidmətləri, strategiya və transformasiya üzrə direktoru) maliyyə qurumlarının dağınıq məlumat mühitlərindən miqyaslana bilən, müəssisə səviyyəli süni intellekt tətbiqinə keçmək üçün atmalı olduğu addımları ətraflı şəkildə izah etdi. O, strukturlaşdırılmış məlumatların, güclü idarəetmənin və yaxşı hazırlanmış transformasiya yol xəritələrinin kritik rolunu vurğuladı.
Kibertəhlükəsizlik və saxtakarlığın qarşısının alınması
Forumun ikinci günündə Reşat Kökçen (Mastercard-ın Xidmətlər Biznesinin İnkişafı üzrə Direktoru) kiberdayanıqlılığın artan əhəmiyyətinə toxundu. Onun sessiyası bankların qabaqcıl identifikasiya, qlobal təhdid kəşfiyyatı və proaktiv risk idarəetmə vasitələrindən istifadə etməklə rəqəmsal ekosistemlərində müdafiəni necə gücləndirə biləcəklərinə kökləndi.
İnteraktiv “Qiymətsiz təcrübə” stendi
Forum boyunca nümayəndələr Mastercard-ın innovasiya və dizaynın müştəri cəlbini necə artıra biləcəyini nümayiş etdirən interaktiv “Qiymətsiz təcrübə” stendində oldular. İmmersiv hekayə nəqli və rəqəmsal qarşılıqlı əlaqə vasitəsilə bu stend Mastercard-ın “Qiymətsiz” fəlsəfəsini nümayiş etdirdi və texnologiya inkişaf etsə də, mənalı, insan mərkəzli təcrübələrin hələ də müasir maliyyə xidmətlərinin mərkəzində dayandığını vurğuladı.
Mastercard-ın öhdəliyi
Mastercard-ın Beynəlxalq Bankçılıq Forumundakı iştirakı şirkətin regionda rəqəmsal transformasiyanı sürətləndirmək üçün banklar, fintexlər və sənaye tərəfdaşları ilə davamlı əməkdaşlığını vurğuladı. Qlobal təcrübə və yerli tərəfdaşlıqlar vasitəsilə Mastercard daha əlaqəli, təhlükəsiz və gələcəyə hazır maliyyə ekosisteminin inkişafını dəstəkləməyə davam edir.
Mastercard haqqında
Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.
