İnan, amma yoxla: Süni intellektlə dialoqda nələri etmək olmaz

Süni intellekt Azərbaycanda da gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir: insanlar çatbotlardan təhsil, iş, yaradıcılıq və hətta emosional dəstək üçün istifadə edirlər. Bununla yanaşı, məlumatların sızmasından tutmuş istifadəçi sorğularına əsaslanan manipulyasiyaya qədər rəqəmsal risklər də artır.

Mütəxəssislər qeyd edirlər ki, bir çox istifadəçi çatbotlarla sanki real insanlar kimi qarşılıqlı  ünsiyyətdə olur – onlara təşəkkür edir, onlarla məsləhətləşir və hətta mübahisə edirlər. Bununla belə, bot nə qədər “ağıllı” görünsə də, yadda saxlamaq vacibdir: süni intellekt şəxsi və ya məxfi məlumatların etbar edilə biləcəyi gerçək insan deyil.

“Süni intellekt güclü bir vasitədir, lakin nə mütəxəssis, nə də dost deyil. İstifadəçilər yadda saxlamalıdırlar ki, çatbota dediyiniz hər şey yadda saxlanıla, modellərin hazırlanması üçün istifadə edilə və ya hətta təcavüzkarların əlinə keçə bilər. Şəxsi məlumatları, səyahət planlarını, maliyyə məlumatlarını və xüsusən də iş sənədlərini süni intellektlə paylaşmaqdan çəkinin. Əsas qayda budur: etibar etməyin, yoxlayın”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov xəbərdarlıq edir.

Kaspersky mütəxəssisləri neyron şəbəkələri ilə təhlükəsiz ünsiyyət üçün tövsiyə edirlər:

  • Ünvanınız, telefon nömrəniz, pasport məlumatlarınız və ya iş sənədləriniz kimi şəxsi və ya korporativ məlumatlarınızı açıqlamayın.
  • Məxfi və ya həssas məlumatları ehtiva edən faylları çatbotlara yükləməyin.
  • Süni intellektə 100% etibar etməyin – hər zaman faktları yoxlayın, xüsusən də əgər bu, maliyyə, tibb və ya hüquqi məsələlərlə bağlıdırsa.
  • Yalnız etibarlı və rəsmi xidmətlərdən istifadə edin; şübhəli platformalardan çəkinin.
  • Unutmayın: istənilən sorğu yadda saxlanıla və modeli öyrətmək üçün istifadə edilə bilər.

Süni intellekt öyrənməyə, yaratmağa və inkişaf etməyə kömək edir – amma yalnız savadlı, məsuliyyətli və təhlükəsiz istifadə şəraitində.