
Kaspersky Endpoint Security* tətbiqi yenidən “AV-Comparatives” laboratoriyasının xüsusi sınağının nəticələrinə əsasən onun işinə kənar müdaxilə cəhdlərinə qarşı 100% effektivlik göstərib. Bu, həllin öz fəaliyyətinə istifadəçilər və ya kənar şəxslər tərəfindən edilə biləcək dəyişikliklərdən qorunmaq qabiliyyətinə malik olduğunu, həmçinin onun fəaliyyəti ilə əlaqəli xidmətləri, daxili prosesləri, faylları və müvafiq reyestr əlavələrini qeyri-qanuni müdaxilə cəhdlərindən, hətta imtiyazlı istifadəçilər tərəfindən olsa belə, məhdudlaşdırmağa qadir olduğunu təsdiqləyir. Kaspersky Endpoint Security sınaq zamanı bütün hücumları uğurla dəf edib.
Tədqiqat təcavüzkarların həllərdə onların fəaliyyətinə təsir göstərməsinə imkan verən zəiflikləri tapmaq məqsədilə həyata keçirilib. Yalnız hücum cəhdlərini 100% dəf edən məhsullar sertifikasiyadan keçib və onların tərtibatçıları sınaqda hansı üsullardan istifadə ediləcəyini barədə əvvəlcədən məlumatlandırılmayıb. Hesabatlar yalnız sertifikatlaşdırılmış həllər üçün dərc edilib.
“Müstəqil sınaqlarda müntəzəm iştirak bizə texnologiyalarımızın müasir kibertəhlükələrə müqavimət göstərmək və stabil işləmək qabiliyyətinə nəzarət etmək üçün əlavə imkanlar yaradır”, – deyə Kaspersky-nin Təhdidlərin tədqiqatı şöbəsinin rəhbəri Aleksandr Liskin bildirib. “İcazəsiz müdaxilələrə qarşı özünümüdafiəni yoxlamaq bizə hücum zamanı istifadə edilən texnologiyadan asılı olmayaraq təhlükəsizlik səviyyəsinin sabitliyini təmin etməyə imkan verir. İş stansiyalarını qorumaq üçün həllimizin bir daha ən yüksək nəticəni nümayiş etdirməsi ilə fəxr edirik.”
“Bu sınaq məhsullarda tərtibatçılar tərəfindən təhlükəsizləşdirilə bilən zəif nöqtələrin tapılmasına yönəlib. Kaspersky-nin həlli özünümüdafiə səviyyəsinin bütün laboratoriya sınaqlarından bir daha uğurla keçib və son nöqtələri qorumaq üçün ən etibarlı məhsullardan biri statusunu təsdiqləyib”, – deyə “AV-Comparatives”in təsisçisi və baş direktoru Andreas Klementi qeyd edib.
2024-cü ildə Kaspersky 95 müstəqil sınaq və icmalda iştirak edib, onun məhsulları 91 dəfə birinci yeri tutub və ardıcıl 12-ci dəfə rəqiblər arasında ən yüksək nəticələri əldə etməklə 92 dəfə ilk üçlüyə daxil olub.
2025-ci ildə icazəsiz müdaxilələrdən müdafiə keyfiyyətinin tədqiqatı barədə bütöv hesabatla buradan tanış ola bilərsiniz.
* Məhsullar haqqında ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz: biznes üçün “Kaspersky Security”, Kaspersky Symphony.