Süni zəka yaxın illərdə böyük şirkətlərdə iş yerlərinin ixtisarına səbəb olacaq

Ümumdünya İqtisadi Forumun (WEF) mütəxəssisləri iş proseslərinə süni zəkanın inteqrasiyasının ehtimal olunan nəticələri barəsində hesabatı təqdim ediblər. Mütəxəssislər bu hesabatda ilk dəfə olaraq süni zəkanın iş proseslərinə inteqrasiyasının effektini müsbət faktor hesab etməyiblər. Hesabata əsasən 2030-cu ilə kimi süni zəkanın təsiri nəticəsində dünyanın ən böyük şirkətlərinin 41%-də iş yerlərinin ixtisarı baş verəcək. Daha öncə süni zəka köməkçi və ya insan bacarıqlarının effektivliyini artıra bilən amil hesab edilirdi. Lakin WEF tərəfindən aparılmış sorğu işəgötürənlərdə süni zəka ilə bağlı fikrin necə sürətlə dəyişdiyini əks etdirir.
Süni zəkanın köməkçi və ya insan bacarıqlarının effektivliyini artıra bilən amil hesab edilməsi sözsüz kimi davam edəcək. Lakin onun istehsal prosesində bəzi intellektual tapşırıqları yerinə yetirmə bacarığı həmçinin bəzi insanların müəyyən iş proseslərində iştiraklarını mənasız edəcək. Hesabata əsasən qrafik dizaynerlər və hüquq məsləhətçiləri potensial risk altındadırlar. Ümumilikdə növbəti illərdə poçt göndərişləri, katiblik vəzifələri, əmək haqqı hesablamaları ilə əlaqəli olan şəxslər öz iş yerlərini itirə bilərlər. Dünyanın ən böyük şirkətlərinin rəhbərləri arasında aparılmış sorğu onu göstərib ki, onların 77%-i 2025-ci ildən 2030-cu ilə kimi öz işçilərinin iş prosesində süni zəkadan istifadə mövzusunda yenidən hazırlıqlarını keçirtməyi planlaşdırır.