Mütəxəssislər fişinq hücumları və digər dələduzluq fəaliyyətlətinin aşkarlanmasına kömək ediblər
Kaspersky bu il Fransada keçirilmiş Yay Olimpiya Oyunları zamanı fırıldaqçılıqla mübarizəyə töhfə verib. Şirkət “Stadia” layihəsi çərçivəsində kibertəhdidlərə dair real vaxt rejimində INTERPOL-a analitik məlumatlar təqdim edib. “Stadia” təşəbbüsü böyük beynəlxalq tədbirlər və konfranslar, o cümlədən idman, mədəni və sosial tədbirlər üçün kibertəhlükəsizliyi təmin etmək üçün yaradılıb.
Olimpiya Oyunları zamanı Kaspersky mütəxəssisləri istifadəçilərin hesab məlumatlarının və pullarının oğurlanmasına yönəlmiş fırıldaqçılıq fəaliyyətinin kəskin artdığını qeydə alıb. Məsələn, Olimpiya Oyunlarına bilet almağı təklif edən çoxsaylı fişinq saytlarını, brend mallar – köynəklər, idman formaları və aksesuarlar satan saxta onlayn mağazalar, eləcə də olimpiya medallarının satıldığı iddia edilən saxta hərrac səhifələri aşkar edilib. Bundan əlavə, təcavüzkarlar messencerlər vasitəsilə mövcud mobil trafikin həcmini artırmaq təklifləri ilə fişinq mesajları göndəriblər. Tələlər arasında yarışların onlayn yayımlarına baxmaq və ya yarışmada iştirak etmək təklif edən saxta resurslar da yer alıb.
“Olimpiya Oyunları kimi böyük tədbirlərdən cinayətkarlar tərəfindən tez-tez pul qazanmaq və şəxsi məlumatları oğurlamaq üçün istifadə olunur. İstifadəçiləri bu cür təhlükələrdən qorumaq özəl və dövlət təşkilatları arasında beynəlxalq əməkdaşlıq tələb edir. Təcavüzkarlarla mübarizəyə töhfə verməkdən qürur duyuruq. INTERPOL-un “Stadia” təşəbbüsündə iştirakımız təhlükəsizlik tədbirlərini gücləndirməyə və istifadəçiləri və bütövlükdə cəmiyyəti qorumaq üçün vaxtında, qabaqlayıcı tədbirlər görməyə kömək etdi”, – deyə Kaspersky-nin hökumətlə əlaqələr üzrə vitse-prezidenti Yuliya Şlıçkova bildirir.
“Paris Olimpiadası zamanı beynəlxalq əməkdaşlıq təcavüzkarlarla mübarizədə mühüm rol oynadı. Məlumatları və qabaqcıl təcrübələri paylaşmaqla hüquq-mühafizə orqanları və tərəfdaşlarımız yaranmış təhdidlərə tez cavab verə bildilər. INTERPOL idmançıları, tamaşaçıları və kritik infrastrukturu kiberhücumlardan qorumaq və yarışlar zamanı təhlükəsizliyi təmin etmək üçün Kaspersky kimi təchizatçılarla, eləcə də iştirakçı ölkələrlə sıx əməkdaşlıq edib”, – deyə INTERPOL-un kibercinayətkarlıqla mübarizə üzrə direktoru Nil Jetton qeyd edir.
Uzunmüddətli əməkdaşlıq çərçivəsində Kaspersky və INTERPOL kibercinayətkarlıqla mübarizəyə yönəlmiş birgə əməliyyatlar həyata keçirir və müasir kibertəhlükələrlə bağlı məlumatlılığın artırılmasına kömək edən layihələr icra edirlər. Şirkət həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının təlimi və hazırlanmasında yaxından iştirak edir.
Bundan öncə, Kaspersky şirkəti Parisdə keçirilmiş Yay Olimpiya Oyunları zamanı mütəxəssisləri tərəfindən 25 min pulsuz “Wi-Fi” bağlantı nöqtəsinin təhlil edildiyi araşdırma dərc etmişdi. Demək olar ki, hər dördüncü nöqtədə şifrələmənin zəif və ya ümumiyyətlə olmadığı ortaya çıxmış, bu da istifadəçilərin şəxsi və bank məlumatlarının oğurlanması ilə qarşılaşma riskinin xeyli artdığını aşkarlamışdı. Bu barədə daha çox şirkətin bloqunda oxuya bilərsiniz.
2023-cü il ərzində Kaspersky-nin müxtəlif həlləri fərqli parametrlər üzrə təhlükəsizlik texnologiyalarının cəlb edildiyi 100 müstəqil sınaqda iştirak edib, o cümlədən 93 dəfə birinci yeri tutub.