Ölkənin hər yerini əhatə edən “Milliön” ödəmə terminallarının xidmət keyfiyyətinin artırılması və təhlükəsizliyin gücləndirilməsi məqsədilə Yevlaxda Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Yevlaxdakı xidmət mərkəzi Goranboy, Naftalan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Ucar və Ağdaşdakı ödəmə terminallarına xidməti həyata keçirəcək.
“PashaPay” məhsulu olan “Milliön” yeni mərkəzi istifadəyə verməklə regionda yaşayan 15 nəfərin daimi məşğulluğuna da töhvə verib.
Hazırda sözügedən ərazilərdə ümumilikdə 435 ödəmə terminalı xidmət göstərir.