“Viruslar radiodalğalar, mobil şəbəkələr vasitəsilə yayıla bilmir. Covid-19 5G mobil şəbəkəsinə malik olmayan ölkələrdə də var”.
Bu haqda Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, COVİD-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsi ilə yayılır. Həmçinin, virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxmaq mümkündür.