Yeni ilə çox az qalıb və hələ də hədiyyələr almağa vaxtınız yoxdur? Ürəyinizi sıxmayın! Rəqəmsal analoqlar ənənəvi alış-veriş üçün vaxt ayıra bilməyənlərin köməyinə çatacaq. “Kaspersky” onların üstünlükləri haqqında danışır və ən yaxşı rəqəmsal hədiyyələrdən bəzi nümunələr təqdim edir.
Rəqəmsal hədiyyələr vermək üçün altı səbəb
1. Hədiyyənizi uzaqdan təqdim edə bilərsiniz. Tətildən əvvəl hər kəsi görməyə və təbrik etməyə vaxtınız yoxdursa, rəqəmsal hədiyyə barədə düşünməyin vaxtıdır. Axı onu hətta Antarktidaya da göndərmək olar.
2. Cansıxıcı növbələr yoxdur. Rəqəmsal hədiyyələr onlayn satılır. Onları əldə etmək üçün heç yerə getməli deyilsiniz – tıxaclarda və növbələrdə vaxt itirməyə ehtiyac yoxdur. Sakitcə seçin, ödəyin və təbrik mətninizi hazırlayın.
3. “Stokda yoxdur” cavabını unudun. Yeni ildən əvvəl məhsulun stokda mövcudluğu və ya çatdırılması ilə bağlı problemlər ola bilər. Bu çətinlik rəqəmsal hədiyyələrə aid deyil: ehtiyat hər kəsə çatacaq qədər boldur.
4. Çatdırılma sürətli (və pulsuzdur!). Hədiyyələr barədə əvvəlcədən düşünməsəniz, onların bayrama qədər atdırılmama şansı var. Rəqəmsal hədiyyə ilə bağlı bu narahatlığa yer yoxdur: o, bir neçə millisaniyə ərzində çatdırılacaq.
5. Təbiətə qayğı. Hədiyyə vermək ənənəsi ekoloji problem kimi görünə bilər. Bir-iki dəfə geyilən marallı milyonlarla bayram sviterləri, şkafın içinə girəcək yüz minlərlə gülməli corablar heç də ətraf mühitin dostu deyil. Rəqəmsal hədiyyələrlə bağlı belə bir problem yoxdur: hədiyyə uyğun gəlməsə belə, narahatlığa heç bir əsas yoxdur, çünki onu təkrar emal etmək lazım deyil.
6. “Ümid sonda ölür”. Yeni il sabahdır və siz kiməsə hədiyyə almağı unutmusunuz və ya sadəcə mağazaya getməyə vaxt tapa bilməmisiniz? Rəqəmsal hədiyyə ölməyib ki! Ödəniş düyməsini kliklədikdən bir saniyə sonra o, hədiyyəyə çevrilib ünvanına doğru yola çıxacaq. Beləliklə, siz onu indicə və elə buradaca alıb hədiyyə edə bilərsiniz.
Beş ən yaxşı rəqəmsal hədiyyə
Rəqəmsal hədiyyənin yaxşı bir fikir olduğuna qərar verdik. İndiə də gəlin onların növləri barədə danışaq.
1. Onlayn kinoteatr abunəliyi. Bədii filmlər və ya sənədli filmlər, idman yarışları və ya televiziya serialları, əyləncə şouları və ya maarifləndirici videolar, cizgi filmləri və ya yoqa dərsləri – bu gün demək olar ki, hər kəs, gənc və yaşlı, hər gün müxtəlif rəqəmsal video məzmunu izləyir. Beləliklə, onlayn kinoteatr və ya axın (stream) xidmətinə abunəlik demək olar ki, hər kəsin üzündə təbəssüm yaradacaq bir hədiyyə olacaq.
2. Musiqi xidmətinə abunəlik. Rəqəmsal musiqi də yaxşı bir hədiyyə ola bilər. Əlbəttə ki, konkret ifaçılar və kompozisiyalarla təxmin etmək çətin ola bilər, amma bunu ümumiyyətlə etmək lazım deyil. Rəqəmsal musiqi xidmətlərindən birinə abunəlik hədiyyə edə bilərsiniz və hədiyyə sahibi nə dinləyəcəyi barədə özü seçim edəcək. Bəlkə rep yox texno həvəskarıdır?
3. Oyunlar. Çox adam özünü qeymerlərlə eyni sıraya qoymasa da, demək olar ki, hər kəs əslində oyun oynayır. Sadəcə olaraq, bəzi insanlar bunu böyük ekranlı güclü kompüterdə, bəziləri isə adi noutbuk, planşet və ya smartfonda edir. Buna görə də, oyun xidmətləri və ya proqram mağazalarından birinə abunə və ya onlardan alınmış hədiyyə kartı yaxşı ideya ola bilər. Yeri gəlmişkən, oyun mağazalarında tez-tez arzu siyahıları olur, oraya baxıb seçiminizi edə bilərsiniz.
4. Elektron kitablar. 20-ci əsrdə ən yaxşı hədiyyənin kitab olduğunu söyləmək adi hal idi. Ancaq artıq 21-ci əsrdir və hər şey başqa cürdür: indi siz asanlıqla təkcə bir kitabı deyil, bütöv bir kitabxananı hədiyyə edə bilərsiniz və bunun üçün sərvət ödəmək lazım deyil. Beləliklə, “kitab qurdları” üçün ən yaxşı hədiyyə onlayn kitabxanaya abunəlikdir.
5. Rəqəmsal həyat üçün müdafiə. Bütün cihazlarımızın, xüsusən də onlarda saxlanılan qiymətli məlumatların qorunmağa ehtiyacı var. Burada bir neçə hədiyyə ideyası ola bilər: məsələn, təhlükəsiz şifrə menecerinə abunəlik. “Kaspersky Premium”a abunəlik almaqla qarşı tərəfə “güvən” hədiyyə edə bilərsiniz.