Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin AQUAHACK: Ekologiya Və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verir.
Hakaton yarışmadır və məqsədi – keçirildiyi müddət ərzində innovatorlar, proqramçılar və hakerləri bir araya gətirərək, verilən suallara yeni həll yollarını proqramlar və alətlər şəklində təklif etməyə sövq etməkdir.
“Aquahack” adlandırılan hakaton innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də, 13 yaşdan yuxarı ən fəal icma üzvlərini suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azadılması üçün texnoloji ideyalar və həllər təklif etməyə dəvət edir.
Məsələn, Azərbaycanda ən çox su itkisinə kortəbii suvarma təcrübəsi səbəb olur ki, bu sahədə təklif ediləcək ideyalar yeni qənaətcil, çevik və innovativ suvarma üsullarından istifadəni sövq edəcək.
Problemin həlli istiqamətində təklif ediləcək ideyalar fermerləri torpaq və meteoroloji məlumatlardan optimal şəkildə istifadəni təmin edən yeni suvarma üsulları ilə tanış etməklə bağlı ola bilər.
Digər həllərə ev şəraitində sudan qənaətlə istifadəyə dair yeni ictimai məlumatlandırma metodları aid edilə bilər.
“Aquahack” yarışmasına qeydiyyat 10-25 iyun tarixlərində keçiriləcək və hakatonda iştirak tamamilə ödənişsizdir. Müraciətlər həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaqdır. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Ümumilikdə 3 mükafat təqdim olunacaqdır: birinci yer üçün 5000 manat, ikinci yer üçün 3000 manat və üçüncü yer üçün 2000 manat.
Son müraciət tarixi: 25 iyun 2020-ci il