“Kaspersky” ev istifadəçiləri üçün kibertəhlükəsizliyi təmin etmək yanaşmasını tamamilə yenidən nəzərdən keçirib və Azərbaycandakı istifadəçilər üçün yeni məhsullar xəttinə erkən giriş təmin edib. İndi şirkət abunə modeli əsasında vahid “Kaspersky” formatında rəqəmsal müdafiə təklif edir. İstifadəçilər üç tarif planından birini seçə biləcəklər: Kaspersky Standard, Kaspersky Plus və Kaspersky Premium*. Bir illik abunə haqqı tarif planından və cihazların sayından asılı olaraq dəyişir.
Bütün tarif planları çarpaz platformanı dəstəkləyir və Windows, macOS, iOS və Android cihazları ilə uyğunlaşır. Yeni xətt bütün məlum kibertəhdidlərdən etibarlı şəkildə qoruyur, həmçinin yeni funksiyalar təklif edir.
İstifadəçilərin kibertəhlükəsizliyi yeni səviyyələrə keçir. Əsas plan olan “Kaspersky Standard”-ın bir hissəsi olaraq, istifadəçi antivirusdan qorunma, eləcə də şəxsi kompyuterin (PC) sürətini artırmaq üçün yeni funksionallıq əldə edəcək: cihazın işə salınmasının və performansının sürətləndirilməsi, sərt disk tutumunun təmizlənməsi və s.
Cihazın işini, xüsusən də sərt diskin “sağlamlığının” diaqnostikasını təmin etmək üçün “Kaspersky Plus” tarif planına genişləndirilmiş funksionallıq əlavə edilib. Sərt diskdə problemlər yaranarsa, vacib məlumatların ehtiyat nüsxəsini çıxarmağa vaxt tapması üçün istifadəçiyə bildiriş göndəriləcək. “Kaspersky Plus” abunəliyinə “Kaspersky VPN”-in premium versiyalarına və şifrə menecerinə – “Kaspersky Password Manager”-ə giriş də daxildir.
Kaspersky VPN şəxsi məlumatların ictimai Wi-Fi şəbəkələri üzərindən ələ keçirilməsini önləyir, şifrə meneceri isə güclü şifrələr yaratmağa, onları təhlükəsiz saxlamağa və həmçinin şifrənin ictimaiyyətə açıq mənbələrə sızıb-sızmadığını müəyyən etməyə kömək edir. “Kaspersky Password Manager” kompüter və smartfonlar üçün mövcuddur və bütün cihazlarda şifrələrin və istifadəçi hesablarının məlumat bazasını sinxronizasiya etməyə imkan verir.
“Kaspersky Premium” ən qabaqcıl səviyyədir – “Kaspersky Standard” və “Kaspersky Plus”-da mövcud olan bütün funksiyaları ehtiva edir və əlavə funksiyalara çıxış təmin edir. Xüsusilə, o, təcavüzkarların məlumat oğurlamaq üçün istifadə edə biləcəyi uzaqdan giriş proqramlarını aşkar etməyə kömək edəcək. Bu plana həmçinin ağıllı cihazların monitorinqi və evdaxili Wi-Fi şəbəkənizin təhlükəsizliyi daxildir. Məsələn, naməlum cihaz Wi-Fi şəbəkəsinə qoşulmağa cəhd edərsə, proqram sizə bu barədə xəbər verəcək. İstifadəçilər şəxsi sənədlərin şifrələnmiş saxlanma yeri əldə edəcəklər ki, burada pasportun və ya bank kartı rekvizitlərinin skanı kimi vacib məlumatları təhlükəsiz şəkildə saxlaya bilərlər. Saxlanma yerinə həm kompüterdən, həm də smartfondan daxil olmaq mümkündür. Bütün “Kaspersky Premium” abunəçiləri rəqəmsal təhlükəsizlik məsələlərini rahat formatda – telefon və ya söhbət vasitəsilə həll etməyə kömək edəcək ayrıca prioritetləşdirilmiş texniki dəstək xəttinə çıxış əldə edir.
Şəxsi məlumatların və məxfiliyin qorunması prioritetdir. “Kaspersky” həllinin hər üç planında gizli təqib (stalker) proqramından, casus troyanlarından və kameraya və mikrofona icazəsiz girişdən qorunmaq mümkün olacaq. “Kaspersky Plus” üçüncü tərəf xidmətlərindən əldə edilən məxfi məlumatlarının ictimaiyyətə açıq mənbələrdə, o cümlədən qaranlıq internetdə hamı üçün əlçatan olacağı təqdirdə istifadəçini xəbərdar edəcək funksionallıqla təkmilləşdirilib. Həlldə həmçinin növbəti addımlar üçün tövsiyələr də veriləcək. “Kaspersky Premium”-a telefon nömrəsinə bağlı hesab məlumatlarının sızması barədə bildiriş göndərmək imkanı əlavə edilib. Bu yeniliklər cari çağırışlara cavabdır: “Kaspersky”-nin məlumatına görə, 2022-ci ildə kibercinayətkarlar istifadəçilərin məxfi məlumatları ictimaiyyətə açıq mənbələrə yerləşdirilməsi haqqında günaşırı elanlar dərc ediblər.
Hazırda “Kaspersky Premium”-a abunə olan bütün müştərilər “Kaspersky Safe Kids” onlayn təhlükəsizlik proqramının genişləndirilmiş versiyasına bir il ərzində pulsuz giriş əldə edirlər. Bununla da valideynlər övladlarına rəqəmsal dünyanı təhlükəsiz şəkildə kəşf etməyə kömək edə, GPS-dən istifadə edərək ekran vaxtına nəzarət edə və real vaxt rejimində onların yerini müəyyən edə biləcək və övladlarının smartfonunun batareyası bitdikdə bu barədə xəbərdar olacaqlar.* Kaspersky Plus və Kaspersky Premium planları şirkətin rəsmi veb saytında (onlayn) mövcuddur.