“Kaspersky EDR Expert” ikinci ildir ki, EDR sinfində “SE Labs Enterprise Advanced Security” sınağının nəticələrinə görə “Total Accuracy Rating” göstəricisi üzrə ən yüksək balı qazanır.
Sınaqda bazarda lider olan altı EDR məhsulu iştirak edib. Onların 16 simulyasiya edilmiş kiberhücuma müqavimət qabiliyyəti dörd kiberqrupun – Turla, Ke3chang, Kimsuky və ThreatGroup3390 tərəfindən istifadə edilən texnikalar əsasında sınaqdan keçirilib. Hər bir məhsul, nüfuzetmə və imtiyazların yüksəldilməsindən tutmuş şəbəkəyə yerləşmə və məlumatların eksfiltrasiyasına qədər müxtəlif mərhələlərdə sınaqdan keçirilmişdir.
“Kaspersky”-nin həlli sınaq sistemini 100% qorumayla əhatə edib, hər bir mərhələdə bütün 16 hücumu aşkarlayıb və “Total Accuracy Rating” üzrə maksimum 1188 xal toplayıb. Bu xal iki meyar əsasında əldə edilib – aşkarlama dəqiqliyi ((Detection Accuracy) və yanlış müsbətlərin sayı (Legitimate Accuracy). Başqa sözlə, məhsul nəinki hücumun hər mərhələsini tanıyıb, həm də heç bir yalançı müsbət nəticə təqdim etməyib. Nəticədə ona mümkün olan ən yüksək reytinq – AAA reytinqi verilib.
“Müstəqil testlər bizə həllərimizin keyfiyyətinə nəzarət etməyə və sürətlə dəyişən təhlükə landşaftına cavab vermək qabiliyyətimizi təsdiq etməyə kömək edir. Kaspersky EDR Expert həllinin sınaq nəticələrinə əsasən SE Labs-dan ən yüksək reytinqi almasından məmnunuq. Bu, bizim doğru yolda olduğumuzu sübut edir”, – deyə “Kaspersky”-nin antivirus tədqiqat laboratoriyasının rəhbəri Vladimir Kuskov bildirir.
“Kaspersky bizim Enterprise Advanced Security sınağımızda ardıcıl olaraq əla nəticələr göstərir. Burada biz bütün dünyada şirkətlərin və şəxslərin üzləşdiyi həm kütləvi, həm də qabaqcıl təhlükələrə tab gətirmək üçün təhlükəsizlik həllərinin qabiliyyətini sınaqdan keçiririk. Bu, çox çətin sınaqdır və Kaspersky-nin artıq bir neçə ildir ki, ondan uğurla keçməsi təqdirəlayiqdir”, – deyə “SE Labs”-ın təsisçisi və baş direktoru Saymon Edvards öz növbəsində qeyd edir.
“Kaspersky Endpoint Detection and Response Expert” şirkətin korporativ şəbəkəsindəki bütün iş stansiyaları və serverlər üçün tam qoruma təmin edir, həmçinin gündəlik EDR tapşırıqlarını avtomatlaşdırmaqla onları effektiv şəkildə qoruyur. Bu, analitiklərə mürəkkəb təhdidləri və hədəfli kiberhücumları tez bir zamanda müəyyən etməyə, prioritetləşdirməyə, araşdırmağa və azaltmağa imkan verir. Həll haqqında daha çox məlumatı burada tapa bilərsiniz. “SE Labs”-ın “Enterprise Advanced Security” sınağının tam nəticələrinə isə buradan baxa bilərsiniz. “Kaspersky” həlləri tərəfindən alınan mükafatlar haqqında ətraflı məlumata bu linkdən keçid edə bilərsiniz.