Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti Siri səsli köməkçisinin işə düşməsinə imkan verən “Hey Siri” səsli əmrindən imtina edəcək və onu “Siri” səsli əmri ilə əvəz edəcək. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu yeni məlumata əsasən Apple Siri səsli köməkçisində reallaşdırılacaq bu yeniliyi WWDC 2023 konfransında anons edəcək. Qeyd etmək lazımdır ki, WWDC 2023 artıq bugün start götürür.
Konfrans çərçivəsində şirkətin bir sıra yeni məhsulunu təqdim edəcəyi gözlənilir. Bununla yanaşı şirkət artıq mövcud olan məhsullarının yenilənmələrini də elan edəcək. Gurman-ın sözlərinə əsasən həmin yenilənmələrdən biri də Siri səsli köməkçisi ilə bağlı olacaq. Qeyd etmək lazımdır ki, səsli köməkçinin işə düşməsi üçün nəzərdə tutulmuş “Hey Siri” əmrinin sadəcə “Siri” əmri ilə əvəzlənməsi ilk baxışan çox kiçik bir dəyişiklik kimi görünə bilər.
Lakin bu dəyişikliyin reallaşdırılması böyük texniki problemin aradan qaldırılması ilə mümkündür və mövcud texnki problemin aradan qaldırılması üçün süni zəkanın həcmli məlumatlar əsasında təlimatlandırılması lazımdır. Məsələ burasındadır ki, səsli köməkçi “Siri” əmrini müxtəlif ləhçələrdə və dialektlərdə başa düşür. Səsli əmrin “Hey Siri” kimi olması isə öz növbəsində səsli köməkçinin əmri düz başa düşməsinə səbəb olur. Apple şirkətinin bunu reallaşıracağı halda Siri Amazon şirkətinin Alexa səsli köməkçisinin sahib olduğu səviyyəyə yaxınlaşacaq. Belə ki, Alexa sadəcə olaraq “Alexa” səsli əmri vasitəsilə işə düşür.