Kaspersky-nin COVID-19-un iş tərzinə təsiri ilə bağlı apardığı yeni sorğuya əsasən, özünü təcridetmə dövründə işçilərin 31% -i peşə fəaliyyətlərinə əvvəlkindən daha çox vaxt sərf etməyə başlayıb. Koronavirus pandemiyası ilə mübarizə üçün qəbul olunmuş ümumi tədbirlər, əksər şirkətlərdəki işçilərin yeni peşə mühitinə uyğunlaşmasına səbəb olub. Belə şəraitdə, şəxsi həyat və iş arasındakı sərhədlər tez-tez pozulur. Eyni zamanda, işçilər işə çatmaq üçün sərf etməli olduqları vaxtı da sərbəst vaxt kimi əldə ediblər. Rəyi soruşulanların 46% -i indi ailələrini daha tez ziyarət etdiklərini və şəxsi işlərinə daha çox vaxt ayırdıqlarını söyləyib. Bundan əlavə, respondentlərin 55% -i evdən işləməyə başlamazdan əvvəl daha az xəbər oxuduqlarını deyib. Üstəlik, indi onların 60% -i iş üçün istifadə etdikləri cihazlarda xəbərləri onlayn oxuyur. Bu tendensiya, işçilərin ziyarət etdikləri veb resurslara lazımi diqqət yetirməmələri halında zərərli proqramlara yoluxma şansını artırır.
Mövcud şərtlər daxilində başqa bir kiber təhlükə kölgə İT-dir (şirkət tərəfindən təsdiqlənməmiş, buna baxmayaraq işçilər tərəfindən işləmək üçün istifadə olunan xidmətlər). Məsələn, 42% respondent iş məsələlərini həll etmək üçün şəxsi poçtdan istifadə edir və onların yarısı etiraf edir ki, uzaqdan işlədikdən sonra bu istifadə artıb. Bundan əlavə, respondentlərin 38% -i şirkətlərin İT şöbələri tərəfindən təsdiqlənməyən messencerlərdə işləyir və onların 60% -i yeni formalaşmış şəraitdə bunu daha tez-tez edir.
“Təşkilatlar əməkdaşlarının bütün istəklərini, məsələn, onlara istənilən xidmətdən öz istədiyi kimi istifadə etmək imkanının verə bilmir. Bu vəziyyətdə, istifadəçi rahatlığı, iş ehtiyacı və təhlükəsizlik arasında bir tarazlıq tapmaq lazımdır. Bunun üçün şirkətlər minimum zəruri imtiyazları təmin edən xidmətlərə giriş təmin etməli, VPN tətbiq etməli və etibarlı və təsdiqlənmiş korporativ sistemlərdən istifadə etməlidirlər. Bu cür proqram təminatının müəyyən məhdudiyyətləri olur, amma kiber təhlükəsizlik tədbirlərinə riayət etmək baxımından daha böyük zəmanət verir,” deyə Kaspersky Laboratoriyasının Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.
Kaspersky, təşkilatlara aşağıdakı kiber təhlükəsizlik tədbirlərinə əməl etmələrini tövsiyə edir:
• onlayn da daxil olmaqla, informasiya təhlükəsizliyinin əsasları üzrə əməkdaşların təlimini planlaşdırın. Bu, onlara hesablarını və şifrələrini idarə etməyi, e-poçt və əlaqə zəncirinin son cihazlarının təhlükəsizliyini təmin etməyi öyrədir. Kaspersky və Area9 Liseyi (Area9 Lyceum) işçilərə evdən təhlükəsiz işləməyə kömək edəcək “Pandemiya dövründə həyatda və işdə təhlükəsizlik” adlı pulsuz onlayn kurs hazırlayıb;
• cihazların, proqramların, tətbiqlərin və xidmətlərin mütəmadi olaraq yeniləndiyindən əmin olun;
• Kaspersky Endpoint Security Cloud kimi sübut olunmuş təhlükəsizlik proqramını mobil cihazlar daxil olmaqla bütün son cihazlara quraşdırın və təhlükəsizlik divarlarını (firewall) işə salın. İstifadə olunan istənilən həll veb təhdidlərdən və e-poçt fişinqindən (poçt məlumatlarının oğurlaması üçün cəhdlər) qorunmalıdır.
İşçilərin özlərinə və bütün ev istifadəçilərinə Kaspersky aşağıdakı tədbirləri görməyi tövsiyə edir:
• Geniş miqyaslı təhdidlərdən hərtərəfli qorunmaq üçün Kaspersky Security Cloud kimi etibarlı kiber təhlükəsizlik həllindən istifadə edin;
• Təhsil və əyləncə məzmununu yalnız etibarlı mənbələrdən yükləyin.
Mövcud vəziyyətin işçilərə təsiri ilə bağlı əlavə məlumatı https://www.kaspersky.ru/blog/report-covid-wfh/28391/ saytından əldə edə bilərsiniz
* “COVID-19-nun iş tərzinə təsiri” adlı araşdırma Kaspersky və Toluna tədqiqat şirkəti tərəfindən 2020-ci ilin aprel ayında aparılmışdır. Anketdə 12 ölkədə 6017 tam və yarımştat çalışan işçi iştirak etmişdir.