AmCham İdarə heyətnin üzvü Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.

Qeyd edək ki, bu yüksək səviyyəli görüşdə AmCham Azərbaycan İdarə Heyətinin üzvü, Coca-Cola Azərbaycan şirkətinin Baş Direktoru Rəna Məmmədova da iştirak edib.

Görüşdə ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, eləcədə Apple, Ericsson, ExxonMobil, Meta, Visa, Boeing, Honeywell, Mastercard, Shell, bp, Marriott, Motorola Solutions və digər aparıcı şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

Görüş Azərbaycan ilə ABŞ biznes dairələri arasında dialoqun və tərəfdaşlığın inkişafı, investisiya imkanları və qarşılıqlı maraq doğuran iqtisadi məsələlərin müzakirəsi baxımından mühüm platforma olub.

https://president.az/az/articles/view/71523