“Qəribə işlər”: təcavüzkarlar serialın populyarlığı fonunda şəxsi məlumat və pul oğurlayırlar

Kaspersky mütəxəssisləri “Qəribə işlər” (Stranger Things) serialının son mövsümünün yayımlanması ilə bağlı onlayn fırıldaqçılıq barədə xəbərdarlıq edirlər. Serialı tələ kimi istifadə edən təcavüzkarlar potensial qurbanları guya yeni seriyaları yükləyə və ya pulsuz izləyə biləcəkləri fişinq və fırıldaqçılıq saytlarına cəlb edirlər. Bu, insanların şəxsi məlumatlarının, login və şifrələrinin, ödəniş məlumatlarını oğurlaması ilə nəticələnə bilər.

Saxta veb-saytda, guya yeni seriyalara baxmaq üçün, məsələn, “pulsuz hesab qeydiyyatı” tələb oluna bilər. Bu cür qeydiyyat üçün istifadəçidən səhifəyə tam adı, doğum tarixi, telefon nömrəsi və ödəniş məlumatları daxil olmaqla məxfi məlumatlarını daxil etməsi istənilir. Lakin qurban seriala baxa bilməyəcək, əvəzində şəxsi məlumatlarını oğurlatmaq və pul itirmək riski ilə üzləşəcək. Digər sxemlərdə izləyiciləri saxta səhifələrdən zərərli səhifələrə yönləndirə bilərlər.

Fırıldaqçılar istifadəçilərin sayıqlığını azaltmaq məqəsdilə müxtəlif taktikalara əl ata bilərlər, məsələn, canlı yayıma daxil olmaq üçün CAPTCHA kimi testdən keçmələrini istəyə bilərlər. Fırıldaqçıların əfsanəsinə görə, bu yoxlama botlarla mübarizə aparmaq üçündür. “Doğrulama” prosesi zamanı qurbanlardan hesabları üçün istifadəçi adlarını və şifrələrini, xüsusən də elektron poçt ünvanlarını daxil etmək, digər hallarda isə şəxsi məlumatlarından istifadə edərək yeni hesab yaratmaları və ya məsələn, pulsuz sınaq müddətini aktivləşdirmək üçün bank kartı məlumatlarını təqdim etmək istənilə bilər. Əslində bunların hamısı sadəcə şəxsin məxfi məlumatları cinayətkarların ələ keçirmək üçün hiylələrdir.

“Onlayn fırıldaqçılar istifadəçilərin maraqlarını yaxından izləyir və hekayələrini onlara uyğunlaşdırırlar, məsələn, məşhur bir televiziya serialının yeni mövsümünün yayımlanmasına. Lakin fırıldaqçıların taktikası və məqsədləri adətən eyni qalır: istifadəçilərdən şəxsi məlumat və ya pul qoparmaq. Üstəlik, yayım xidmətlərini təqlid edən saxta resurslar çox etibarlı görünə bilər, buna görə də onlayn mühitdə son dərəcə diqqətli olmaq vacibdir. Rəsmi resurslardakı məzmuna baxmağı və şübhəli saytlara həssas məlumatlar daxil etməməyi tövsiyə edirik”, – deyə Kaspersky şirkətinin baş kontent analitiki Olqa Altuxova bildirir.

Bu cür fırıldaqlardan qorunmaq üçün Kaspersky həmçinin aşağıdakıları tövsiyə edir:

  • Filmlərin və serialların rəsmi buraxılış tarixlərini izləyin və erkən giriş təklif etdiyini iddia edən şübhəli veb-saytlardan istifadə etməkdən çəkinin;
  • Şübhəli veb saytlara həssas məlumatları daxil etməyin;
  • Şəxsi məlumatları daxil etməzdən əvvəl veb-saytların həqiqiliyini yoxlayın, o cümlədən, URL və resursun adına diqqət edin,
  • Fişinq və zərərli veb-saytlara daxil olmaq cəhdlərini bloklayan “Kaspersky Premium” kimi etibarlı təhlükəsizlik həllindən istifadə edin.