Mastercard açıq dövrəli nəqliyyat ödənişləri ilə Azərbaycanda mobilliyin gələcəyinə töhfə verir

• Mobillik sahəsində on ildən artıq qlobal təcrübəyə malik Mastercard nəqliyyat ödənişləri üçün standartları müəyyən etməyə davam edir. Şirkətin açıq dövrəli sistemləri artıq dünyanın 300-dən çox şəhərində mövcuddur və sərhədlər daha da genişlənməkdədir – hamısı bir baxışı bölüşür: mobilliyi asanlaşdırmaq.

İstanbul, London, Amsterdam və Sinqapur kimi şəhərlərdə Mastercard hazırda açıq dövrəli nəqliyyat sistemlərində istifadə olunur.

• Bakının ictimai nəqliyyatı vətəndaşların şəhər mobilliyi üçün Mastercard kartlarından istifadə etməsinə imkan verən açıq dövrəli kart qəbulunu tətbiq etməyə hazırlaşır. Artıq Bakıda ictimai nəqliyyatda bütün kartlar üçün ödəniş imkanları mövcuddur.

Şəhərlərin daim hərəkətdə olduğu bir dünyada Mastercard mobillik inqilabının önündə gedir. Nəqliyyat ödənişləri üzrə aparıcı texnologiya şirkəti olaraq, Mastercard insanların səyahət tərzini yeniləyir – hər səfəri daha sürətli, sadə və ağıllı edir.

Dünyanın hər yerində milyonlarla sərnişin rahatlığına görə Mastercard-ı dəstəkləyən sistemləri seçir – təhlükəsizlik, sadəlik və ağıllı həllər bu seçimləri müəyyən edir. Bir toxunuşla səyahətçilər mövcud debet və ya kredit kartlarından, telefonlarından və ya geyilə bilən cihazlarından metro, avtobus və qatarlarda ödəniş edə bilərlər. Əlavə kartlar, balans artırma, gözləmə yoxdur.

Açıq dövrəli innovasiyasının gücü

Ənənəvi qapalı dövrəli sistemlərində sərnişinlər yalnız bir operatorun şəbəkəsi daxilində işləyən xüsusi səyahət kartlarını almalı və hesablarını doldurmalıdırlar. Açıq dövrəli sistemi isə səyahətçilərə mövcud kartlarından və ya rəqəmsal cüzdanlarından sistemin aktiv olduğu hər yerdə istifadə etmək üstünlüyü qazandırır ki, bu da səyahəti insanlar üçün daha asan, şəhərlər üçün isə daha səmərəli edir. İctimai nəqliyyat istifadəçiləri sadəcə təmassız Mastercard kredit və debet kartlarını və ya mobil telefonlarını bilet oxuyucusuna yaxınlaşdıraraq nağd ödəniş və ya bilet problemi olmadan ödəniş edə bilərlər. Nəticədə, insanlar sıx şəhərlərdə nəqliyyat kartlarını doldurmaq üçün vaxt sərf etmirlər, həmçinin itki və ya oğurluq halında pul itirmək riski aradan qalxır. Bu sistemin digər bir üstünlüyü ondan ibarətdir ki, ölkəyə gələn səyahətçilər, hansı şəhərə səfər etmələrindən asılı olmayaraq, şəhərin kart sistemi barədə narahatlıq yaşamadan mobil kartlarından səyahət üçün istifadə edə bilərlər.

Dünya üzrə real təsir

Londondan Amsterdama, Sinqapurdan Sidneyə qədər Mastercard-ın açıq dövrəli həlləri insanların şəhərlər boyu hərəkətini dəyişdirir.

• İlk tətbiq edənlərdən biri olan Londonda təmassız ödənişlər hər gün milyonlarla səyahəti idarə edərək və gediş haqqının idarə olunması xərclərini kəskin şəkildə azaldaraq səyahət üçün dominant bir üsula çevrildi.

Hollandiya bu yaxınlarda ölkə miqyasında açıq dövrəli ödənişləri tətbiq etdi və bu, sərnişinlərə bütün ölkə üzrə qatarlar, tramvaylar və avtobuslar üçün eyni kartdan və ya rəqəmsal cihazdan istifadə etməyə imkan verdi – bütün bölgələri vahid qarşılıqlı fəaliyyət göstərən sistem altında birləşdirən rahat təcrübə hər kəs üçün əlçatan oldu.

Sinqapurda Yerüstü Nəqliyyat İdarəsi bütün əsas nəqliyyat növləri üzrə təmassız ödənişləri təmin etmək üçün Mastercard ilə tərəfdaşlıq etdi və bu, şəhərin qlobal ağıllı mobillik mərkəzinə çevrilmək baxışına töhfə verdi.

Türkiyədə ictimai nəqliyyatda kart istifadəsi son illərin mühüm hadisələrindən birinə çevrildi. Bunun nəticəsində aşağı dəyərli əməliyyatlar üçün kart ödənişlərinin daha geniş tətbiqinə nail olundu və təmassız ödənişlər artdı.

Digər mühüm nailiyyətlər sırasına Nyu-York (ABŞ), Sidney (Avstraliya) və Milan (İtaliya) şəhərlərində açıq dövrəli ödənişlərin inteqrasiya olunduğu nəqliyyat sistemləri daxildir. Mastercard-ın açıq dövrəli həlli nəqliyyat ekosistemini yenidən formalaşdıraraq şəhərlərə nəqliyyatın səmərəlilik və miqyasını genişləndirmək imkanı, sərnişinlərə isə misilsiz rahatlıq və inam qazandırıb.

Şəhər Hərəkətinin Gələcəyi

Dünya üzrə şəhərlər nəqliyyat barədə müntəzəm düşündüyü bir vaxtda Mastercard ödənişlər, texnologiya və şəhər inkişafının kəsişməsində dayanır – hər toxunuşun bizi daha ağıllı gələcəyə yaxınlaşdıran əlaqəli, dayanıqlı mobilliyi təmin edir. Rəqəmsal ödənişlər şəhərlərə nağd pul emalını azaltmağa, gediş haqqının yığımını yaxşılaşdırmağa, fırıldaqçılığı minimuma endirməyə və gündəlik əməliyyatları sadələşdirməyə kömək edir və bütün bunlar birlikdə sərnişin təcrübəsini təkmilləşdirir.

***

Mastercard haqqında
Mastercard 200-dən artıq ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara dəstək verir. Müştərilərimizlə birlikdə hər kəsin rifah tapa biləcəyi davamlı bir iqtisadiyyat qururuq. Biz rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanların, bizneslərin və hökumətlərin öz potensiallarını tam şəkildə reallaşdırmasına kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.
www.mastercard.com