Android” üçün Kaspersky indi bildirişlərdəki fişinqlərdən də qoruyur

Kaspersky “Android” əməliyyat sistemi üçün proqramını yeniləyib. Həll indi anti-fişinq müdafiəsinin əlavə qatını təqdim edir: istifadəçilər artıq SMS-lə gələn “pop-up” bildirişlər, həmçinin “MAX” və “Telegram” kimi məşhur mesajlaşma proqramları barədə xəbərdarlıq edir. Bu funksionallıq 11.125.4.14396 versiyasından başlayan proqramda mövcuddur.

Yeni funksiya necə işləyir? Təcavüzkarlar istifadəçinin “pop-up” bildirişlərini konfiqurasiya etdiyi proqrama yönləndirən fişinq linki olan mesaj göndərərsə, “Android” üçün Kaspersky linki gizlədəcək və istifadəçini təhlükə barədə xəbərdar edəcək. Xəbərdarlıqlar həm “push” bildirişləri kimi, həm də proqramın özündə göndərilir və onlayn fırıldaqçılıqdan daha effektiv qorunma təmin edilir.

Təhlükəli linkin aşkarlanması haqqında “Android” üçün Kaspersky-dən bildiriş nümunəsi.

Bu yeni funksiyanı aktivləşdirmək üçün iki addım tamamlanmalıdır:

1. “Android” üçün Kaspersky menyusunu açın: Bütün funksiyalar → Söhbətin qorunması → Bildirişləri yoxlayın.

2. Bildirişlərə girişə icazə verin: Parametrlər → Proqramlar və bildirişlər → Xüsusi proqram girişi → Bildiriş girişi → Kaspersky → İcazə verin.

Bu həll ümumilikdə üç səviyyədə anti-fişinq müdafiəsini təmin edir:

Bildirişlərin qorunması – proqram bildirişlərində təhlükəli linkləri aşkar edir;

Söhbətin qorunması – SMS və messencerdə gələn mesajlarda təhlükəli linkləri bloklayır;

İnternetdə qorunma – URL-ləri yoxlayır və brauzerlərdə fişinq linklərinə klikləmək cəhdləri barədə xəbərdarlıq edir.

Kibertəhlükənin miqyası. 2025-ci ilin birinci yarısında Kaspersky həlləri istifadəçilərin dünya üzrə “Android” cihazlarında fişinq və fırıldaqçı linklərinə 2 milyondan çox klikləmə cəhdinin qarşısını alıb. Mütəxəssislər həmçinin qeyd edirlər ki, təcavüzkarlar süni intellekt alətlərindən, o cümlədən daha inandırıcı fişinq sxemlərini həyata keçirmək üçün istifadə edirlər.

“Təcavüzkarkar yeni kanallardan fəal şəkildə istifadə edir və daha mürəkkəb fişinq və fırıldaqçılıq sxemləri hazırlayırlar. Onlar məlumat axınında istifadəçilərin, xüsusən də tanış kontaktdan olan şəxslərin sayıqlığını azaldaraq saxta linkə klikləyəməyə inandırmağa ümid edirlər. “Android” üçün Kaspersky-də yeni funksionallıq təhlükəli linkləri tanıyır və istifadəçini bu barədə məlumatlandırır. Bu yenilik sayəsində fişinqdən müdafiənin səviyyəsi yüksəlir – iş və brauzarlərdə söhbət zamanı, tətbiqlərdə, messencerlərdə”, – deyə Kaspersky-nin İstehlakçı biznesinin inkişafı üzrə departamentinin direktoru Marina Titova bildirir.

“Android” üçün Kaspersky-nin funksiyaları haqqında daha ətraflı məlumat və tətbiqi yükləmək üçün Kaspersky-nin rəsmi mağazalarına və saytına keçid edə bilərsiniz.