Risksiz rəqəmsal detoks: necə təhlükəsiz istirahət etməli və şəxsi məlumatları nəzarətdə saxlamalı

Ümumi rəqəmsallaşma fonunda tətil zamanı “internetdən ayrılmaq” ideyası getdikcə daha cəlbedici görünür. Bununla belə, cihazlardan tamamilə uzaqlaşmaq onlayn təhlükəsizlik üçün ciddi risklərlə gətirib çıxara bilər. Mütəxəssislər xatırladır: rəqəmsal detoksa səfərin özü kimi ehtiyatla hazırlaşmaq lazımdır.

“Reviews.org”un araşdırmasına görə, 2024-cü ildə orta istifadəçi ömrünün təxminən 2,5 ayını smartfonda keçirib. Bu cür vərdiş “yenidən yükləmə” ehtiyacını xüsusilə aktual edir.

Rəqəmsal detoks:

  • yuxunu və konsentrasiyanı yaxşılaşdırır,
  • narahatlıq və stressi azaldır,
  • rəqəmsal balansı və məhsuldarlığı bərpa etməyə kömək edir.

Bununla belə, lazımi hazırlıq olmadan cihazlardan uzaqlaşmaq aşağıdakı fəsadlara səbəb ola bilər:

  • hesab oğurluğu,
  • icazəsiz əməliyyatlar,
  • şəxsi məlumatların sızması,
  • mühüm xidmətlərə çıxışın itirilməsi,
  • məişət hadisələri (məsələn, “ağıllı” evə nəzarət olmadıqda).

Rəqəmsal detoksdan əvvəl nə etmək lazımdır?

1. Hesabların və məlumatların müdafiəsini gücləndirin:

  • Abunəliklərinizi nəzərdən keçirin və lazımsız olanları deaktiv edin.
  • Zəif şifrələri yeniləyin, ikifaktorlu autentifikasiyanı aktivləşdirin.
  • Bütün vacib məlumatların və parametrlərin ehtiyat nüsxəsini çıxarın.
  • Hesablara müvəqqəti girişi etibarlı şəxsə ötürün.

2. Qadcetlərin hazırlığı:

  • Əməliyyat sistemlərini və təhlükəsizlik proqramlarını yeniləyin.
  • SIM kartlarda PIN kodu təyin edin, biometrik girişi deaktiv edin.
  • Cihaz axtarışını və məlumat şifrələməsini quraşdırın.

3. Maliyyə və hüquqi təhlükəsizliyin təmin edilməsi:

  • Səfəriniz barədə bankınızı xəbərdar edin, limitlər və avtomatik ödənişlər təyin edin.

4. Bağlantılara diqqət yetirin:

  • Peyk rabitəsi və ya təcili yardım xidmətlərindən istifadə şərtlərini öyrənin.
  • Ehtiyat SIM kartları və ya eSIM profillərini hazırlayın.

5. Rəqəmsal irsinizin qayğısına qalın:

  • “Google” və “Apple” ekosistemlərində etibarlı şəxs təyin edin.
  • Fövqəladə hallarda məlumatlara giriş funksiyalarını quraşdırın.

Mütəxəssislər xüsusilə qeyd edirlər ki, itkisiz və stress olmadan qısamüddətli “uzaqlaşma” təhlükəsizlik yoxlama siyahısının öncədən hazırlanması ilə mümkündür. Bu yanaşma rəqəmsal həyat barədə narahat olmadan əsl tətildən həzz almağa imkan verəcək.

“Bu gün biz tətilə tək getmirik, bütün rəqəmsal həyatımızı da özümüzlə aparırıq. Tətildən oğurlanmış hesablar, itirilmiş məlumatlar və gözlənilməz silinmələrin yaratdığı xaosa qayıtmamaq üçün rəqəmsal təhlükəsizlik haqqında öncədən düşünmək vacibdir. Rəqəmsal detoks psixika üçün faydalı olmaqla yanaşı, həm də məlumatlar üçün təhlükəsiz olmalıdır – o zaman tətil həqiqətən xoşagəlməz hadisələr olmadan əsl istirahətə çevriləcək”, – deyə  Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.