Dünya üzrə sənayə müəssisələrinin təxminən 40%-i kibertəhlükəsizliyin təmin edilməsini rəqəmsallaşma şəraitində ən əsas vəzifə hesab edir

Əsas risklərə yetərsiz təhlükəsizlik tədbirləri, sənaye kibertəhlükəsizliyini təmin etmək üçün resurs çatışmazlığı, həmçinin İT və OT sistemlərinin tənzimləmə tələbləri və inteqrasiyası ilə bağlı çətinliklər daxildir.

Kaspersky və beynəlxalq tədqiqat təşkilatı “VDC Research” tərəfindən “GITEX Asia 2025” sərgisində “İxtisaslaşdırılmış həllərlə sənaye təhlükəsizliyinin təmin edilməsi”* adlı birgə tədqiqat təqdim edilib. Tədqiqatda sənaye nəzarəti sisteminin (ICS) kibertəhlükəsizliyinin mövcud vəziyyətinin təhlili yer alır, dünya üzrə sənaye təşkilatlarına təsir edən əsas texnologiya və biznes tendensiyaları təsvir olunur və yaranan problemlərin həlli üçün tətbiq edilən ən yaxşı təcrübələri sadalanır.

Dünyada sənaye müəssisələrinin demək olar ki, üçdə biri (31%)* texnoloji proseslərin avtomatlaşdırılmasından geniş istifadə etmir və ya konkret vəzifələri yerinə yetirmək üçün onun tətbiqinə yenicə başlayır. Təşkilatların təxminən dörddə biri (23%) rəqəmsal həllərdən istifadə edir, lakin yüksək avtomatlaşdırma səviyyəsi hələ də əlçatan deyil. Rəqəmsallaşmanın müxtəlif səviyyələrinə baxmayaraq, müəssisələrin əksəriyyəti (64%) yaxın iki il ərzində “tam rəqəmsallaşma” mərhələsinə çatmağı planlaşdırır və bunun üçün müvafiq texnologiyaların tətbiqini proaktiv və davamlı şəkildə genişləndirməyi planlaşdırır.

Bununla belə, OT sistemlərinin qoşulması ilə bağlı kiberrisklər rəqəmsal transformasiyanın faydalarını üstələyə bilər. Respondentlərin üçdə birindən çoxu (39%) onları texnologiyanın sənayedə tətbiqinə təsir edən potensial mənfi amillər arasında göstərib.

Ən ümumi problemlərə mövcud infrastruktur daxilində yetərsiz təhlükəsizlik tədbirləri və sənaye kibertəhlükəsizliyini təmin etmək üçün büdcə və ya kadr çatışmazlığı (hər biri 47%) daxildir. Təxminən eyni sayda respondent normativlərin gözlənilməsi (43%) və korporativ və texnoloji şəbəkələrin inteqrasiyası (42%) ilə bağlı çətinlikləri qeyd edib.

Rəqəmsal transformasiyanın effektivliyini təmin etmək üçün kibertəhlükəsizliyi unutmamaq lazımdır. Məlumatların və sistemlərin etibarlı müdafiəsinin təmin edilməməsi təşkilatların gözlənilən nəticələrdən uzaq düşmək riskini yaradır: problemlər yaranarsa, biznesin etibarı sarsıla bilər və rəqəmsallaşma prosesi dayandırıla bilər.

“Rəqəmsal texnologiyalardan istifadə və onlara inam artdıqca, informasiya təhlükəsizliyi ilə bağlı risklər də artır. Buna görə də sənaye müəssisələri üçün etibarlı təhlükəsizlik həllərindən istifadə etmək vacibdir. İşə yeni sistemlər, avadanlıqlar və yanaşmalar tətbiq etməklə, eləcə də ümumi səmərəliliyi artırmaqla bu cür alətlər ciddi pozuntulara və maliyyə itkilərinə səbəb ola biləcək potensial kiberriskləri azaldacaq”, – deyə Kaspersky-nin Sənaye təhlükəsizliyi üçün məhsulların inkişafı departamentinin rəhbəri Andrey Strelkov qeyd edir.

Kaspersky sənaye müəssisələrinə ixtisaslaşdırılmış sistemlərin və sənaye avadanlıqlarının mühafizəsi texnologiyalarını, habelə ekspertlərin təcrübə və biliklərini ehtiva edən platforma təklif edir. Onun əsas komponenti yerli XDR platforması ola “Kaspersky Industrial Cybersecurity”dir (KICS). O, müəssisə aktivlərinin mərkəzləşdirilmiş inventarlaşdırılması, təhlükənin aşkarlanması və qarşısının alınması, risklərin idarə edilməsi və mövcud arxitekturaya uyğunlaşdırılmış və prosesə minimal təsir göstərən təhlükəsizlik auditi kimi imkanları təmin edir.

Hesabatın tam versiyası ilə buradan tanış ola bilərsiniz. KICS platforması haqqında ətraflı məlumatı Kaspersky-nin saytında mövcuddur.

“VDC Research” şirkəti haqqında

“VDC Research” konsaltinq və tədqiqat şirkəti 1971-ci ildə yaradılıb. Dünya üzrə texnologiya satıcılarına, son istifadəçilərə və investorlara avtomatik identifikasiya və izləmə, müəssisə mobilliyi, sənaye avtomatlaşdırılması, əşyaların interneti (loT) və daxilə quraşdırılmış texnologiyalarla bağlı məhsullar haqqında ətraflı ekspert məlumatı təqdimedir.

* Məlumatlar son bir neçə il ərzində “VDC Research” şirkəti tərəfindən aparılan sənaye kibertəhlükəsizliyi araşdırmalarına, həmçinin müxtəlif ölkələrdən və OT və İT sahələri üzrə enerji, kommunal xidmətlər, nəqliyyat, logistika və istehsalat da daxil olmaqla fərqli sənayelərdən 250-dən çox rəhbər şəxs arasında aparılan sorğuya əsaslanır.