![](https://technimum.com/wp-content/uploads/2025/02/Google-IO-2025.jpeg)
Google illik I/O konfransına həsr olunmuş rəsmi promo materiallarını yayımlayıb. Həmişə olduğu kimi, bu bahar şirkət ən yeni məhsulları, texnologiyaları və süni zəka sahəsindəki innovasiyaları təqdim edəcək. Rəsmi məlumata əsasən I/O 2025 konfransı 20-21 may tarixlərində keçiriləcək və onu online izləmək mümkün olacaq.
![](https://technimum.com/wp-content/uploads/2025/02/Google-IO-2025-1.jpg)
Konfrans Google-un baş direktoru Sundar Pichai-nin əsas məruzəsi ilə başlayacaq. Daha sonra tərtibatçıların çıxışları və texniki sessiyalar keçiriləcək. İkinci gün Google yeni məhsullarının nümayişini və seminarlar təşkil etməyi planlaşdırır. Şirkətin I/O 2025 konfransı çərçivəsində Gemini neyron şəbəkəsinin yeni imkanları, Android 16 əməliyyat sistemi və digər eksklüziv yeniliklər barədə məlumat verəcəyi gözlənilir. Tədbirdə online iştirak üçün qeydiyyatdan keçmək mümkündür.