Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)

Donald Trump-ın ABŞ-dakı yeni prezidentlik dövrü 20 yanvar tarixindən başlayacaq. Lakin onun öz prezidentlik vəzifəsinə hələ başlamamasına baxmayaraq onun müxtəlif sahələrə təsiri artıq nəzərəçarpandır. Belə ki, Meta da daxil olmaqla ABŞ-ın müxtəlif şirkətləri inklüzivlik (cinsindən, yaşından, milliyətindən, dinindən, fiziki imkanlarından, cinsi orientasiyasından və s. kimi faktorlardan asılı olmayaraq hamı üçün bərabər imkanların yaradılmasına hədəflənmiş tədbirlər) və senzura təşəbbüslərindən artıq imtina edirlər. The Joe Rogan Experience adlı məşhur podkastda bir neçə müddət bundan öncə iştirak etmiş Meta CEO-su Mark Zukerberg podkast çərçivəsində bildirib ki, şirkət Joe Biden administrasiyasının təzyiqi səbəbilə senzuranın ciddiliyində həddi aşıb.

https://www.youtube.com/watch?time_continue=1&v=7k1ehaE0bdU&embeds_referring_euri=https%3A%2F%2Ftechnote.az%2F&source_ve_path=MjM4NTE

O bunu George Orwell-in “1984” kitabındakı vəziyyət ilə müqayisə edib. Qeyd etmək lazımdır ki, Zuckerberg bir neçə müddət bundan öncə Facebook və Instagram kimi platformaların moderasiya sistemlərindəki dəyişikliyi anons etmişdi. Belə ki, bundan sonra bu platformalarda faktların köhnə yoxlanış sistemi əvəzinə yeni yoxlanış sistemi olacaq. Yeni yoxlanış sistemi çərçivəsində platformaların istifadəçiləri bu və ya digər məlumatın fake və ya doğru olduğunu səsvermə əsasında təyin edəcəklər. Bundan əlavə olaraq Meta-nın sosial platformalarında insanları tənqid etmək icazəsi də verilib. Bununla belə tənqid məqsədli rəylərin əsaslarını cinsi və irqi mövzular təşkil edə bilərlər.