İki dəqiqəyə kibertəhlükəsizlik: Etibarlı müdafiə üçün Kaspersky-dən sadə tövsiyələr

Bu gün kibertəhdidlər uşaqlardan tutmuş yaşlılara qədər internet istifadəçiləri üçün daha da aktuallaşır. İnterpolun #ThinkTwice informasiya kampaniyası çərçivəsində Kaspersky kibertəhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracaq beş sadə və əlçatan tövsiyə hazırlayıb. Bu tövsiyələr gündəlik həyatda asanlıqla tətbiq edilə bilər və ən geniş yayılmış təhdidlərdən etibarlı qorunma təmin etməyə kömək edəcək. Şəbəkədə effektiv müdafiəyə nail olmaq üçün beş addımı təqdim edirik:


  1. 1. Şifrələri avtomatlaşdırın
    Hər bir sayt və tətbiq üçün ən azı 12 simvoldan ibarət unikal şifrələr yaradın. Şifrələri təhlükəsiz şəkildə saxlamaq, eləcə də onları avtomatik yaratmaq və daxil etmək üçün şifrə menecerlərindən istifadə edin. Bununla məlumat sızma riskini etibarlı şəkildə minimuma endirə bilərsiniz.
  2. İkiqat yoxlamanı aktivləşdirin
    İkimərhələli autentifikasiya (2FA) hesaba daxil olmaq üçün birdəfəlik kod tələb edərək əlavə müdafiə səviyyəsi təmin edir. SMS kimi təhlükəsizlik səviyyəsi daha aşağı olan metodlar əvəzinə kodların yaradılması üçün autentifikasiya tətbiqlərindən istifadə edin.
  3. Linklər və əlavələrə qarşı diqqətli olun
    Tanımadığınız şəxslərdən gələn linkləri və ya faylları açmayın. Hesabların oğurlanmaq ehtimalını azaltmaq üçün hətta tanışlardan gələn gözlənilməz mesajları təkrar yoxlayın.
  4. Avtomatik yeniləmələri aktivləşdirin
    Sistemlərin və tətbiqlərin müntəzəm yenilənməsi təcavüzkarlar tərəfindən istifadə edilə biləcək boşluqları aradan qaldırır. Yalnız rəsmi mənbələrin təqdim etdiyi yeniləmələrə etibar edin.
  5. Paylaşımlarınıza nəzarət edin
    Onlayn paylaşılan məlumatlar sizə qarşı istifadə oluna bilər. Sosial şəbəkələrdə paylaşımlarınızın əlçatanlığını məhdudlaşdırın və məxfilik parametrlərinizi tənzimləyərək riskləri minimuma endirin.

“Kibertəhdidlər gündəlik həyatımızın bir hissəsinə çevrilir və hər kəs əsas təhlükəsizlik tədbirlərinin əhəmiyyətini anlamalıdır. Məqsədimiz kibertəhlükəsizliyi hamı üçün əlçatan və sadə etməkdir. Bu tövsiyələr istifadəçilərə çox vaxt və ya resurs sərf etmədən ən geniş yayılmış təhdidlərdən müdafiəyə imkan verəcək”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Avtomatlaşdırma təhlükəsizliyin açarıdır

Bu tövsiyələrə əməl etmək “Kaspersky Premium” kimi kompleks həllərdən istifadə ilə daha asandır. Tətbiq şifrələrin idarə olunmasını, yeniləmələri, fişinqdən müdafiəni və məlumat sızmalarının monitorinqini avtomatlaşdırır.

Kibertəhlükəsizliyi elə bu gündən həyatınızın bir hissəsinə çevirin!