Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda maraqlı və rəngarəng “Qış Marafonu” adlı müsabiqə başlayıb. Bu müsabiqə çərçivəsində qrup iştirakçıları 4 həftə ərzində müxtəlif tapşırıqları yerinə yetirib dəyərli hədiyyələr uğrunda mübarizə aparacaqlar. Müsabiqənin əsas məqsədi qış mövsümündə hazırlanan yeməkləri xatırlatmaq, faydalı və maraqlı ideyalarla bölüşüb əyləncəli vaxt keçirməkdir.
“Qrup iştirakçılarını yenə də çox maraqlı yarışma gözləyir. Əminəm ki, bu müsabiqə də digərləri kimi ilk növbədə öz faydalılığı, daha sonra isə maraqlı və əyləncəli olmağı ilə seçiləcək. 4 həftə ərzində qrup iştirakçıları həftəlik tapşırıqları yerinə yetirəcək və qiymətli hədiyyələr qazanmaq şansı əldə edəcəklər. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə bu müsabiqə üçün yeməklər hazırlayıb iştirakçılara dəstək olacağam”, – deyə qrupun admini, səsləndirmə aktyoru Kübra Kərimli vurğulayıb.
“Qış Marafonu” müsabiqəsinə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/
Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda artıq paylaşılıb.
Müsabiqənin baş sponsoru “Soliton” mağazalar şəbəkəsidir.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 31000-dən çox üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri, faydalı rubrikaları və ən əsası qrup daxili mehriban münasibətləri ilə məşhurdur.