Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple tərtibatçıları iOS 18 üçün nəzərdə tutulmuş funksiyaların əməliyyat sisteminə inteqrasiyası məsələsində təyin edilmiş vaxtdan geri qalırlar. Bu isə öz növbəsində gələn il iOS 19-un istifadəyə verilmə müddətinə təsir göstərə bilər. İnsayderin sözlərinə əsasən şirkət tərtibatçıları iOS 18 üçün anons edilmiş bütün funksiyaların tam hazır vəziyyətə gətirilməsində gecikirlər.
Halbuki tərtibatçılar artıq IOS 19 üzərində çalışmağa başlamalı idilər. Qeyd etmək lazımdır ki, Apple şirkəti iOS 18-i Apple Intelligence-siz istifadəyə verdi və onun sahib olduğu süni zəka funksiyalarını əməliyyat sisteminə tədricən əlavə etməyə başladı. Bu prosesə iOS 18.1-də start verildi. İndi isə şirkət daha çox yeniliyin iOS 18.4-ə inteqrasiyası üzərində çalışır. Lakin iOS 18.4-ün gələn ilin aprel ayından tez istifadəyə veriləcəyi gözlənilmir. Belə olan halda Apple gələn il də iOS 19-u məhdud sayda funksiya ilə istifadəyə vermək