Kitab məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub və rəqəmsal dünya haqqında əsas anlayışlar, həmçinin şəbəkədəki təhlükələrdən bəhs edir.
Kaspersky-nin hazırladığı kiberəlifba kitabı rus dilində şirkətin korporativ mağazasında satışa çıxarılıb. Bu rəngarəng və məlumatlandırıcı kitab uşaqlara onlayn dələduzların hiylələrini tanımağı, şəxsi məlumatların əhəmiyyətini və internetdə təhlükəsiz davranış qaydalarını öyrədir. Onun köməyilə uşaqlar internetin quruluşu, mövcud rəqəmsal təhlükələr və onlayn fırıldaqçıların tələlərinə düşməmək üçün əsas bilikləri əldə edirlər.
Qlobal araşdırmaları və ümumi tendensiyalar göstərir ki, uşaqlar orta hesabla 10 yaşdan əvvəl smartfon və planşetlərdən istifadə etməyə başlayırlar. Bəzi hallarda isə uşaqlar 4 yaşdan əvvəl də bu cihazlara çıxış əldə edirlər. Beynəlxalq məlumatlara görə, uşaqların təxminən yarısı 2 yaşdan əvvəl qadcetlərlə tanış olur.
Kiberəlifba qlobal bir nəşrdir. Kitab yalnız rus dilində deyil, həm də alman, fransız və italyan dillərindən tutmuş yapon, tay və indoneziya dillərinə qədər 12 dildə çap olunub.
“Kaspersky olaraq əminik ki, kibersavadlılıq uşaqların cihazlarla ilk təmasından etibarən formalaşdırılmalıdır. Kiberəlifbauşaqlara və onların valideynlərinə rəqəmsal dünyanın çətinliklərini anlamağa, internetdən təhlükəsiz istifadə etməyə və onlayn təhdidlərdən qorunmağa kömək edəcək. Bu nəşr məsuliyyətli və şüurlu bir nəslin yetişdirilməsi yolunda mühüm addım olacaq”, — deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kitabı həmçinin onlayn formatda pulsuz əldə etmək mümkündür: https://www.kaspersky.ru/blog/cybersecurity-alphabet/.