Kaspersky “Sinergia II” əməliyyatı çərçivəsində INTERPOL-a yardım edib

Əməliyyat dünya üzrə zərərli proqramların və fişinq hücumlarının yayılması ilə mübarizə aparmaq məqsədi daşıyıb.

Kaspersky dünya üzrə hədəfli fişinq, fidyə proqramları və oğrularla mübarizəyə yönəlmiş “Synergia II” əməliyyatı çərçivəsində INTERPOL-la əməkdaşlıq edib. Şirkət müxtəlif kibertəhdidlərlə bağlı kompromis göstəricilərini paylaşıb. Əməliyyat nəticəsində 100 şübhəli müəyyən edilib, onlardan 41-i həbs edilib. Daha əvvəl, Kaspersky 2023-cü ilin payızında baş tutan əməliyyatın birinci hissəsində iştirak edib.

Əməliyyatın ikinci hissəsi olan “Synergia II” 2024-cü ilin aprel-avqust aylarında baş tutub və Avropa, Afrika və Asiya-Sakit Okean regionu ölkələrini əhatə edib. Nəticədə 30 minə yaxın şübhəli IP ünvanı və server aşkarlanıb, onlardan 75%-dən çoxu bloklanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin 59 server və 43 elektron qurğu, o cümlədən noutbuklar, mobil telefonlar və sərt diskləri müsadirə ediblər.

“Qlobal kibercinayətkarlıqla mübarizə üçün satıcılar və hüquq-mühafizə orqanlarının ortaq hərəkət etməsi vacibdir. Buna misal olaraq “Synergia II” əməliyyatını göstərmək olar. Biz birlikdə zərərli infrastrukturu məhv edə bildik və yüz minlərlə potensial qurbana yönəlmiş hücumların qarşısını aldıq. Fəxr edirik ki, INTERPOL dünyamızı daha təhlükəsiz yerə çevirmək üçün kibertəhdirlərlə mübarizə məqsədilə müxtəlif ölkələrdən həmfikir insanlardan ibarət komanda toplayıb”, – deyə İnterpolun Kibercinayətkarlıqla mübarizə idarəsinin direktoru Nil Jetton bildirir.

“Biz dünya üzrə kibercinayətkarlıqla mübarizə üçün üzərimizə düşəni edirik. Özəl təşkilatlar və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq INTERPOL-a üzv ölkələrin təhlükəsizliyini gücləndirməklə yanaşı, qlobal kiberdayanıqlılığın ümumi səviyyəsini yaxşılaşdırmağa kömək edir. Bu tərəfdaşlıq sayəsində biz kibertəhlükəsizlik standartlarını artırırıq və qlobal miqyasda daha təhlükəsiz rəqəmsal mühit yaratmaq üçün yüksək hədəfləri yüksəldirik”, – deyə Kaspersky-nin Dövlət qurumları ilə əlaqələr üzrə vitse-prezidenti Yuliya Şlıçkova qeyd edir.

Kaspersky INTERPOL-un əməliyyatlarında fəal iştirak edir. Şirkət 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunları zamanı fırıldaqçılıqla mübarizə tədbirlərinə yardım edib. Kaspersky beynəlxalq hüquq-mühafizə orqanları ilə əməkdaşlığı şirkətin kibertəhdidlərlə mübarizədə əməkdaşlıq etmək öhdəliyini əks etdirir. Bu cür ortaq fəaliyyətlər şirkətə istifadəçiləri kibertədidlərdən fəal şəkildə qorumaq üçün öz təhlükəsizlik həllərini inkişaf etdirməyə kömək edir. Kaspersky məhsullarının effektivliyi mütəmadi olaraq müstəqil sınaqlarla təsdiqlənir. Bu sınaqlar həmçinin şirkətin hər kəs üçün daha təhlükəsiz rəqəmsal dünya qurmaq missiyası ilə uyğunlaşır.