Sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiya Texnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar Azercell-in qonağı oldular. Görüş “Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyevanın, İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynovanın və Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baş tutdu.

Qızlara təhsil müddəti ərzində Azercell-də təcrübə keçmək imkanı verildiyini bildirən Dilarə Hüseynova qeyd etdi: “Şirkətimiz İT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”.
Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası haqda məlumat verdi, xüsusilə də qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında danışdı.
Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edildi.
“Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütün abituriyentləri təbrik edir, onlara daha da böyük uğur və nailiyyətlər arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmişdir.