Daha təhlükəsiz pinqvinlər və alma: indi Kaspersky-nin EDR həlli “Linux” və”macOS” üçün də mövcuddur

Kaspersky özünün “Kaspersky EDR for business Optimal” həllinin yenilənmiş versiyasını təqdim edib. Məhsulun kibertəhlükənin aşkarlama və cavab vermə imkanları artıq “Windows” ilə yanaşı “Linux” və “macOS” əməliyyat sistemləri üçün də mövcuddur. Hər üç platforma üçün əsas EDR funksionallığı həllə daxil edilib ki, bu da əlavə proqram quraşdırmadan ondan istifadəyə imkan verir.

“Kaspersky EDR for Business Optimal” son nöqtəni mühafizə texnologiyalarını və çevik idarəetmə alətlərini mürəkkəb hücumlara effektiv şəkildə müqavimət göstərən və infrastruktur şəffaflığını artıran EDR texnologiyaları ilə birləşdirir.

Həll ilk növbədə daxili “SOC” komandası saxlamağa və ya ixtisaslaşmış mütəxəssisləri işə götürməyə hazır olmayan, lakin EDR funksionallığı ilə maraqlanan kiçik və orta bizneslər üçün faydalı olacaq.

Həlldə hadisə barədə kartlar formatında aşkar edilmiş kibertəhlükələr haqqında ətraflı məlumat mövcuddur. Bu məlumatlar “Kaspersky Threat Intelligence Portal” dan aktual kibertəhdidlər haqqında götürülmüş informasiyalar “Kaspersky Security Network”dən cari məlumatları istəmək funksionallığı ilə tamamlanır. İnterfeys təşkilatın infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri haqqında tövsiyələr və prosesin mərhələli təlimatlar təqdim edir. Geniş cavab tədbirlərinə etibar edilməyən obyektin işə salınmasının qarşısını almaq üçün qaydaların yaradılması, oxşar təhlükədən təsirlənən cihazların axtarışı və həm etibar edilməyən obyektlərin, həm də təhlükəyə məruz qalmış son cihazların şəbəkədən təcrid edilməsi daxildir.

Bütün funksiyaların tək konsoldan və avtomatlaşdırılmış alətlərdən idarə edilməsi sayəsində həll infrastrukturun şəffaflığını artırır və administratorların vaxtına qənaət edir.

“Biz həllimizi bazar tələblərinə cavab olaraq yenilədik, çünki “Linux” və “macOS” əməliyyat sistemləri təşkilatlarda fəal şəkildə istifadə olunur. Yadda saxlamaq lazımdır ki, heç bir əməliyyat sistemi tam təhlükəsiz deyil: zərərli proqramlar və hücumlar istənilən platformada mümkündür. Məsələn, 2024-cü ilin birinci rübündə “Linux”dakı boşluqlardan istifadə ilə həyata keçirilən kiberhücum cəhdlərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 130%* artıb. Platformalar arası təhdidlər də tez-tez baş verir** – onlar üçün kompüterdə hansı əməliyyat sisteminin quraşdırılmasının əhəmiyyəti yoxdur”, – Kaspersky-nin orta və kiçik biznes müştəriləri ilə iş şöbəsinin rəhbəri Aleksey Kiselev bildirir. “Həllimiz informasiya təhlükəsizliyi üzrə mütəxəssislərdən ibarət böyük komandası olmayan təşkilatları mürəkkəb təhdidlərlə mübarizə aparmaq üçün əlçatan alətlərlə təmin edir, onlara son cihazları effektiv şəkildə monitorinq etmək, təhdidləri aşkarlamaq, onlar haqqında məlumat toplamaq və vaxtında cavab vermək imkanı verir. EDR məhsullarımıza daxil olan təhlükəsizlik texnologiyaları müxtəlif beynəlxalq sınaqlarda göstərdikləri nəticələrə görə mükafatlandırılıb”.

* Kaspersky Security Network”ün anonimləşdirilmiş məlumatları.

** https://securelist.ru/crimeware-report-fakesg-akira-amos/108576/-da yer alan məlumatlara əsasən