Bu gün Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi başlayır. Böyük və gözlənilən idman tədbirləri tez-tez onlardan pul qazanmaq istəyən fırıldaqçıların diqqətini çəkir. Buna görə bilet alarkən ehtiyyatlı olmaq vacibdir. Öz vəsaitlərini qorumaq və fırıldaqçıların qurbanına çevrilməmək üçün Kaspersky bir sıra faydalı məsləhətlərə əməl etməyi tövsiyə edir.
Ən məhşur dələduzluq sxemləri
1. Saxta bilet satışı xidmətləri
Saxta saytlar çox inandırıcı görünə, yaxşı tərtib oluna, “formula1”, “bakuformula1” kimi açar sözləri ehtiva edə bilər. Saxta saytın ünvanı https ilə başlasın deyə təcavüzkarlar veb server və brauzer arasında təhlükəsiz bağlantı təmin edən SSL sertifikatları əldə edə bilərlər. Belə bir etibarlı bağlantı işarəsi idman həvəskarlarının hər şeyin qaydasında olduğuna inandıra bilər.
2. Sponsorların təşkil etdiyi saxta lotereyalar
Təcavüzkarlar guya tədbirin rəsmi tərəfdaşları tərəfindən keçirildiyi iddia edilən lotereyada uduşlar vəd edən spam elektron məktublar göndərə bilərlər. Bu cür məktublara “qalibin” təbrik edildiyi və mükafatı almaq üçün əlaqə məlumatlarını (ad, doğum tarixi, ünvan, e-poçt ünvanı, telefon nömrəsi) təqdim etməyi xahiş olunan əlavələr (adətən PDF və ya DOCX sənədləri) bərkidilir. Əslində həmin poçt göndərişləri daha çox istifadəçilər haqqında məlumat toplamaq məqsədi daşıyır, amma troyan formasında zərərli əlavələri də ehtiva edə bilər.
3. “Siz qalib oldunuz!”
Digər bir fırıldaq növü bilet lotereyasında iştirak etmək və ya yarış keçirilən ölkəyə səyahət qazanmaq təklifidir. Bu zaman istifadəçidən ya saxta promo səhifəsində qeydiyyatdan keçmək və e-poçt ünvanı təqdim etmək, ya da lotereya məktublarında olduğu kimi əlaqə məlumatlarını “təşkilatçılara” göndərmək istənilir. Belə mesajlar Formula 1 adından, bir qayda olaraq, yenicə qeydiyyatdan keçmiş domenlərdəki ünvanlardan göndərilir. Bu cür sxemlərin məqsədi əsasən spam və ya zərərli göndərişləri yaymaq üçün elektron poçt məlumat bazasını yeniləməkdir.
“Məşhur bir idman tədbirində iştirak etmək üçün bilet almağa tələsərək, bu biletləri təklif edən saytın təcavüzkarlara məxsus olduğu vacib detalını nəzərdən qaçırmaq olar. Bank kartı məlumatlarınızı istəyən, qeyri-adi aşağı qiymətlərlə bilet təklif edən və ya həmin biletləri oynayan saytlara diqqət yetirin. Formanı şəxsi və maliyyə məlumatları ilə doldurmaqla həm biletsiz, həm də pulsuz qalma riskiniz var”, — deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Biletləri təhlükəsiz şəkildə necə almaq olar?
- Biletləri yalnız tədbirin rəsmi saytından almalıyıq;
- Bilet almaq üçün ayrıca kart əldə etməli və qeyri-rəsmi onlayn mağazalardan – biletdən tutmuş suvenirlərə qədər heç nə almamalıyıq;
- Çox vaxt saxta xidmətlər elektron poçt göndərişləri və ya internet bannerləri vasitəsilə reklam olunur. Buna görə də elektron poçt siyahıları və ya messencerlərdə gələn linklərə keçid etməməli, məlumatları oraya daxil etməməli və şübhəli əlavələri açmamalıyıq;
- Tədbirin onlayn yayımı üçün bilet almaq və ya Formula 1 video yazılarına giriş təklifinə həsas yanaşmalı, təşkilatın rəsmi internet səhifəsində bütün təkliflər və aksiyalar haqqında məlumatı təkrarən yoxlamalıyıq;
- Daxilə quraşdırılmış anti-fişinq alətinə malik antivirus həllini quraşdırmalıyıq. Məsələn, daxilə quraşdırılmış poçt, fayl və veb antivirusuna malik Kaspersky Premium həlli spamı süzgəcdən keçirə, fişinq saytlarını aşkarlaya və zərərli proqramları zərərsizləşdirə bilər.