WhatsApp tərtibatçıları messencer üçün yeni faydalı funksiya üzərində çalışırlar. Hazırlanan funksiya messencer istifadəçilərinə tanış olmayan WhatsApp hesablarından gələn mesajları avtomatik olaraq bloklamaq imkanını verəcək. Bu yeni funksiya istifadəçiyə fərdi çatları üzərində daha çox idarəetməni təqdim etməklə messencer daxilindəki təhlükəsizlik ilə konfidensiallıq səviyyəsini yüksəltməyə hədəflənib. Bu funksiya istifadəçiləri arzuolunmaz və zərərli mesajlardan qorumaq üçün nəzərdə tutulub. Belə ki, istifadəçi tanımadığı WhatsApp hesabından gələ biləcək mesajların say limitini müəyyən müddət üçün təyin edə biləcək.
İstifadəçi tərəfindən təyin edilmiş limitin keçildiyi halda messencer növbəti mesajları avtomatik olaraq bloklayacaq. Qeyd etmək lazımdır ki, bu yeni funksiya üstəlik messencerin çalışma performasını da yaxşılaşdıracaq. Belə ki, arzuolunmaz mesajlar və spamlar messencerin yüklənməsinə və cihazın çalışma sürətinin aşağı düşməsinə səbəb ola bilərlər. Tanış olmayan WhatsApp hesablarından gələn mesajların avtomatik bloklanması funksiyasının aktivləşdirilməsi istifadəçiyə tətbiq tərəfindən emal üçün nəzərdə tutulan məlumatların həcmlərini aşağı salmaq imkanını verir. Nəticədə tətbiq ilə qarşılıqlı əlaqə daha sürətli və axıcı baş verir. Qeyd etmək lazımdır ki, sözügedən yeni funksiya hələ hazırlanma mərhələsindədir və o, WhatsApp üçün nəzərdə tutulmuş növbəti yenilənmələrdən biri çərçivəsində istifadəyə verilə bilər.