Söhbət istifadəçilərin cihazlarına edilən kiberhücumlardan gedir ki, bunun üçün təcavüzkarlar məşhur uşaq brendlərinin, oyunlarının, teleseriallarının və cizgi filmlərinin adlarından və ya elementlərindən istifadə ediblər.
Kaspersky mütəxəssisləri məşhur uşaq brendlərinin elementlərinin istifadə edildiyi cari təhlükələri təhlil ediblər. 2024-cü ilin birinci rübündə Azərbaycanda mobil cihazlara və kompüterlərə 1619 bu cür kiberhücum cəhdinin qarşısı alınıb.
Daha çox “Minecraft”, “Roblox” və “Brawl Stars” onlayn oyunları, “LEGO” oyunları, cizgi filmləri, “Disney” filmləri və teleserialları və digər məşhur cizgi serialları, o cümlədən “PAW Patrol”a dünya üzrə kibercinayətkarların sxemlərində rast gəlinir.
Ən geniş yayılmış təhlükələr arasında yükləyici proqramlar var. Bu tip proqramlar özlüyündə zərərli olmasa da, onlar təcavüzkarlar tərəfindən qurbanın kompüterinə arzuolunmaz və zərərli məzmun yükləmək üçün istifadə edilə bilər. Arzuolunmaz proqramın nümayəndəsi reklam proqramı ola bilər ki, buna müxtəlif növ troyanlar daxildir, onların köməyi ilə təcavüzkarlar bank kartı məlumatlarını, login və şifrələri oğurlaya, kompüter və ya smartfonun işinə müdaxilə edə bilərlər.
Populyar oyunu cihazınıza yükləmək istəyərkən bu cür proqramlar təsadüfən quraşdırıla bilər. Məsələn, təcavüzkarlar, “Brawl Stars” oyunu üçün hiylələr adı altında yoluxmuş cihazdan SMS spam göndərən və bununla da qurbanın hesabına daxil olan mobil troyan yayırlar. Quraşdırıldıqdan və işə salındıqdan sonra o, çoxlu icazələr tələb edir, onların əksəriyyəti orijinal proqramın düzgün işləməsi üçün vacib olmaya bilər və bu halda istifadəçi üçün risklər yaradır. Qurban belə icazələr verərsə, məzmuna daxil olmaq üçün “pop-up” bildirişləri görəcək, lakin ortada heç bir məzmun olmayacaq. Tətbiqin silinməsini çətinləşdirmək üçün təcavüzkarlar əsas ekranda görünməməsi üçün simvolu şəffaf və adsız şəkildə hazırlayırlar.
Kaspersky mütəxəssisləri həmçinin oyuncaqlar və digər uşaq məhsullarının satıldığı zərərli veb səhifələr aşkar ediblər. İlkin olaraq bunlar qanuni resurslar olub, lakin təcavüzkarlar tərəfindən sındırıldıqdan sonra zərərli proqramların yayılmasının mənbəyinə çevriliblər. Onların qurbanı təkcə uşaqlar deyil, valideynlər də ola bilər.
“Uşaqlar arasında populyar olan cizgi filmlərinin və oyunların istismarı ilə bağlı hücumlar dünya üzrə kibercinayətkarlar arasında çox adi hala çevrilir və bu cür fəaliyyət getdikcə artır. Gənc istifadəçilər, məsələn, populyar oyunu və ya sevimli cizgi filminin yeni epizodunu pulsuz yükləmək istəyərkən tələyə düşə bilərlər”, – deyə Kaspersky-nin virus analitiki Vasiliy Kolesnikov bildirir.
Uşaqları onlayn təhlükələrdən qorumaq üçün Kaspersky mütəxəssisləri valideynlərə tövsiyə edirlər:
- cari onlayn təhlükələr haqqında məlumatları öyrənin və uşaqlarla onların onlayn qarşılaşa biləcəkləri riskləri müzakirə edin;
- uşaqlara kibertəhlükəsizlik və rəqəmsal etiket qaydalarını öyrədin;
- Kaspersky Safe Kids kimi xüsusi valideyn nəzarəti həllindən istifadə edin. O, uşaqlarda sağlam rəqəmsal vərdişlər formalaşdırmağa, onları arzuolunmaz məzmundan qorumağa və qadcetlərdən istifadə müddətini məhdudlaşdırmağa kömək edir. Bundan əlavə, proqram uşaqların fiziki yerini izləməyə imkan verir;
- valideynlərə kömək üçün Kaspersky mütəxəssisləri həmçinin “Kibertəhlükəsizliyin əlifbası”nı hazırlayıblar. Onu uşaqlarla birlikdə öyrənməklə onları informasiya təhlükəsizliyi və İT sferalarına dair əsas anlayışlarla, kibergigiyena qaydaları ilə tanış edə, onlara fırıldaqçılıq və digər onlayn təhlükələri necə tanımağı, məsələn, fişinq saytını necə müəyyənləşdirməyi öyrətmək olar. “Kibertəhlükəsizliyin əlifbası” onlayn olaraq pulsuz oxuna və ya “.pdf” fayl kimi yüklənə bilər;
- Kaspersky Premium kimi uşağın cihazına zərərli faylların endirilməsinin qarşısını alan və digər onlayn təhlükələrdən qoruyan etibarlı təhlükəsizlik həlli quraşdırın.