İlk dəfə 2006-cı ildə istifadəyə verildiyi zaman hər kəsi heyran edən Google Translate, süni intellekt modellərinin inkişafı ilə öz qabiliyyətlərini artırmaqda davam edir. Başlanğıcda yalnız bir neçə dildə xidmət göstərən platforma, bu gün edilən elana görə, daha 110 fərqli dilə ev sahibliyi edəcək.
Google, bu gün verdiyi açıqlamada qabaqcıl süni intellekt modeli “PaLM 2 AI”nin imkanlarından istifadə edərək Google Translate-yə 110 yeni dil əlavə etdiyini açıqlayıb. Bu dillərə Afar, Kanton, Manks, Nko, Punjabi, Tamazight və Tok Pisin kimi əvvəllər eşitmədiyiniz dillər daxildir. Yeni əlavə edilən dillərin ümumilikdə 614 milyondan çox danışanı təmsil etdiyini bildirən şirkət, dünya əhalisinin təxminən 8%-nin bu dillərdə danışdığını bildirib. Əlavə edilən dillər arasında 100 milyon aktiv danışanın olduğu kimi 1 dənə də aktiv danışanı olmayan dil var.
Google Translate-in 110 dil üçün dəstəyi bütün dünyada milyonlarla insan üçün yeni imkanlar deməkdir. Artıq insanlar müxtəlif mədəniyyətləri daha asan kəşf edə, məlumatlara daha tez daxil ola və müxtəlif dillərdə insanlarla daha asan ünsiyyət qura biləcəklər. Bu inkişaf 2000-ci illərin əvvəllərində tədricən çökməyə başlayan dil maneələrinin süni intellekt modelləri ilə tamamilə aradan qaldırılacağı anlamına gəlir. Google-da proqram mühəndisi olaraq çalışan Isaac Caswell, mövzu ilə bağlı verdiyi açıqlamada şirkətin yanaşmasının hər bir dilin ən çox istifadə edilən növlərinə üstünlük vermək olduğunu ifadə edib. Caswell-ə görə, Google Translate geniş istifadə olunan ləhcə olan Southern Vlax Romani dilinə ən yaxın olan mətn hazırlamağı bacarır, lakin eyni zamanda Şimali Vlax və Balkan Romani kimi dillərdən elementləri də ehtiva edir.