Potensial kiberinsidentlərin qarşısını almaq üçün şirkətlərin vacib hesab etdikləri cavab tədbirləri arasında həm İT işçiləri (37%), həm də digər departamentlərin əməkdaşları (31%) üçün ixtisaslaşdırılmış təlimlərin həyata keçirilməsi də yer alır.
Kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək üçün ən effektiv vasitələrdən biri Kaspersky Automated Security Awareness Platform (ASAP) platforması üzərindən təlim keçməkdir. Onların köməyi ilə 75-dən çox ölkədə şirkətlər artıq 1,5 milyondan çox əməkdaş hazırlayıblar. “Kaspersky”nin rəqəmsal savadlılığı artırmaq üçün nəzərdə tutulan proqramları keyfiyyət reytinqlərində mütəmadi olaraq lider mövqeləri tutur. Ümumilikdə, 2013-cü ildən 2022-ci ilə qədər müxtəlif “Kaspersky” məhsulları 827 müstəqil sınaq və icmalda iştirak edib, 587 dəfə birinci yeri tutub və 685 dəfə ilk üçlüyə daxil olub.
“Rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi təşkilatın ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq bütün işçilər üçün zəruridir. Lakin çox vaxt bü cür təlimlərin dəyərini anlayan şirkətlər üçüncü tərəf provayderlərinə müraciət etməkdən qorxurlar: ya daxili siyasət onlara məlumatları buludda saxlamağa imkan vermir, ya da işçilərin şəbəkəyə daxil olması qadağandır. Kibertəhlükəsizlik sahəsində lider olaraq böyük, təhlükəsizliyə həssas şirkətlərdə çalışan işçilərin kibertəhlükələrdən daha çox xəbərdar olması haqqında düşünürük. Buna görə də, biz indi yerli serverlərdə bulud versiyasında olduğu kimi eyni funksionallığa malik təlim platformamızı yerləşdirmək imkanını təqdim edirik. İstifadəçilər hətta internet bağlantısı olmadan da təlim materiallarına çıxış əldə edirlər”, – deyə şirkətin “Kaspersky Security Awareness” rəqəmsal savadlılığın təkmilləşdirilməsi siyasəti üzrə mütəxəssisi Tatyana Şumaylova qeyd edir.