Uşağın ilk şəxsi qadceti hər bir valideyn üçün vacib bir alış-veriş hesab olunur. Axı, əgər əvvəllər uşaqlar sizin smartfon və ya planşetinizdən istifadə edə bilirdilərsə, indi böyüdükcə və getdikcə ictimailəşdikcə, gənc istifadəçilər rəqəmsal dünyaya daxil olmaq üçün öz cihazlarına ehtiyac duyurlar. Adətən bu vəziyyətdə nisbətən böyük yaşda olan məktəbəqədər uşaqlar və kiçik məktəblilər haqqında danışırıq. Cihazı uşağın həyatında faydalı bir vasitəyə çevirmək üçün təhlükəsizliyi necə təmin etmək və istifadə vaxtını necə tənzimləmək olar? “Kaspersky” psixoloqlarla birgə yaradılmış yoxlama siyahısını təqdim edir və bu siyahının köməyilə uşağınızı ilk qadcetindən istifadəyə hazırlaya bilərsiniz.
Uşağınıza cihazı verməzdən əvvəl nə etməli?
1. Onun üçün ayrıca uşaq hesabı yaradın.
2. Tətbiqdaxili satınalmaları və abunələri deaktiv edin.
3. Ünsiyyət və təhsil üçün lazımi proqramları quraşdırın.
4. Məxfilik parametrlərini quraşdırın.
5. Valideyn nəzarəti proqramından istifadə edin (məsələn, Kaspersky Safe Kids).
6. Yaş məhdudiyyətlərini təyin edin.
7. Naməlum nömrələrdən gələn zənglərin bloklanmasını aktivləşdirin.
Yeni bir qadcet ilə uşağın həyatını necə təşkil etməli?
1. Bütün ailənin əməl edəcəyi qadcetlərdən istifadə qaydaları təyin edin.
2. Qadcetlərdən hansı yerlərdə və hansı saatlarda istifadə edilə bilməyəcəyini müəyyənləşdirin.
3. Qadcetlərdən istifadəni tələb etməyən fəaliyyətləri təşviq edin.
4. Uşağınızın aşağıdakı hallarda smartfondan mümkün qədər az istifadə etdiyinə əmin olun:
- yemək zamanı;
- yatmağa hazırlaşan zaman;
- ailə görüşləri və gəzintiləri zamanı;
- ev tapşırıqlarını və digər məktəb tapşırıqlarını yerinə yetirən zaman;
- sosial tədbirlər zamanı;
- aktiv istirahət zamanı;
- səhər prosedurları zamanı.
Uşağınıza hansı onlayn təhlükəsizlik qaydalarını öyrətməli?
1. Uşağınızın internetdə nə edə biləcəyi və bilməyəcəyi barədə dəqiq qaydalar təyin edin.
2. Ona məxfiliyin əsaslarını öyrədin və şəxsi məlumatların ehtiyatsızlıq ucbatından açıq şəbəkəyə ötürülməsi ilə bağlı risklər barədə danışın.
3. Şəxsi məlumatların və hesab məlumatlarının onlayn paylaşılmasının zərərlərini qeyd edin.
4. Uşağınıza istifadəçi adı yaradarkən əsl adından istifadə etməməyi tövsiyə edin.
Hansı əlamətlər qadcetlərin uşağa mənfi təsirinə işarə edir?
1. Dərslərində müvəffəqiyyət dərəcəsinin aşağı düşməsi.
2. Fiziki və sosial aktivliyin azalması.
3. Yorğun gözlər, pis yuxu, pis oyanma.
4. Əsəbiliyin artması, özünütəcrid.
5. Öhdəliklərə və sevimli fəaliyyətlərə qarşı etinasızlıq.
6. Narahatlıq, depressiya, özgüvənin azalması.
7. Konsentrasiyanın azalması, yaddaş problemləri.
Rahatlıq üçün siz bu yoxlama siyahısını çap edə və qeyd olunanları yerinə yetirdiyinizi yoxlaya bilərsiniz.