2023-cü ildə “Kaspersky” həlləri gündə orta hesabla 411 min yeni zərərli fayl aşkarlayıb. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə təxminən 3% çoxdur. Ümumilikdə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində şirkətin həlləri təqribən 125 milyon zərərli fayl aşkar edib.
Əsas rəqəmlər. “Windows” təcavüzkarlar üçün əsas hədəf olaraq qalır: gündəlik aşkarlanan faylların 88%-i bu əməliyyat sisteminə yönəlib. Aşkar edilmiş müxtəlif formatlı zərərli sənədlərin (o cümlədən Microsoft Office, PDF) sayı əhəmiyyətli dərəcədə artıb – 53%, başqa sözlə, gündə təxminən 24 min. Bu artım tempi məlumatları oğurlamaq üçün PDF fayllarından istifadə edən fişinq hücumlarının artması ilə əlaqədar ola bilər. Nəticə olaraq müxtəlif formatlarda skriptlər və sənədlə üzərindən zərərli proqramların yayılması vektoru ilk 3 əsas təhdid arasında yer alıb, yəni gündəlik aşkar edilən zərərli faylların 10%-ni təşkil edib.
Ən geniş yayılan zərərli proqram növləri. Zərərli proqramların ən çox yayılmış növü troyanlar olaraq qalır. Xüsusilə, gündəlik aşkarlanan gizli sistem girişlərinin (backdoor) sayı xeyli artıb – ötən illə müqayisədə 15 mindən 40 minə qədər yüksəlib. “Backdoor” sistem qüsuru kimi meydana çıxan troyanların ən təhlükəli növlərindən biridir. Onlar təcavüzkarlara potensial qurbanın sisteminə uzaqdan giriş əldə etmək və sonra faylları qəbul edib və ya göndərmək, onları icra və məhv etmək, həmçinin həssas məlumatları toplamaq və fəaliyyətləri izləmək imkanı verir.
“Kibertəhlükə mənzərəsi daim inkişaf edir və hər il daha təhlükəli olur. Təcavüzkarlar şirkətlərə və fərdi istifadəçilərə hücum üçün yeni zərərli proqramlar, üsullar və texnikalar inkişaf etdirməyə davam edirlər. Boşluqların sayı hər il artır və təcavüzkarlar, o cümlədən fidyə proqramı qrupları onlardan fəal şəkildə istifadə edirlər. Maşın öyrənmə texnologiyaları təkmilləşdirilir ki, bu da kiberhücumların hazırlanmasını asanlaşdırır. Məsələn, bu cür texnologiyaların köməyi ilə təcavüzkarlar fişinq e-poçtları üçün inandırıcı mətnlər yaza bilərlər. Etibarlı təhlükəsizlik həllərindən istifadə həm şirkətlər, həm də fərdi istifadəçilər üçün getdikcə aktuallaşır”, – deyə “Kaspersky”nin antivirus tədqiqatı laboratoriyasının rəhbəri Vladimir Kuskov qeyd edir.
2023-cü ildə kibertəhlükə mənzərəsinin necə dəyişdiyi barədə ətraflı məlumatı buradan öyrənə bilərsiniz.
“Kaspersky” istifadəçilərə aşağıdakı kibertəhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:
- etibarsız mənbələrdən proqramları yükləməyin və quraşdırmayın;
- naməlum göndəricilərin mesajlarından və ya şübhəli reklamlardan gələn linklərə keçid etməyin;
- mürəkkəb unikal şifrələr yaradın: onların tərkibində kiçik və böyük hərflər, xüsusi simvollar, rəqəmlər olmalıdır;
- mümkün olduqda iki faktorlu autentifikasiyadan istifadə edin;
- proqram təminatı yeniləmələrini müntəzəm olaraq quraşdırın, onlar mühüm təhlükəsizlik düzəlişlərini ehtiva edir;
- təhlükəsizlik həllini deaktiv etməyinizi istəyən mesajlara cavab verməyin;
- etibarlı müdafiə həlli quraşdırın, məsələn, seçiminiz Kaspersky Premium ola bilər.
“Kaspersky” təşkilatlara tövsiyə edir:
- zəifliklər vasitəsilə daxili şəbəkəyə icazəsiz müdaxilələrin qarşısını almaq üçün bütün korporativ cihazlarda proqram təminatını mütəmadi olaraq yeniləyin;
- işçiləri güclü şifrələrdən, eləcə də xidmətlərə uzaqdan daxil olmaq üçün çoxfaktorlu autentifikasiyadan istifadə etməyə təşviq edin;
- davranış aşkarlama moduluna və şəbəkədə anomaliyaların meydana çıxmasına nəzarət etmək imkanına malik biznes üçün “Kaspersky Security” kimi son nöqtələrin müdafiəsi həllindən istifadə edin;
- yeni və məlum təhdidləri operativ şəkildə aşkar etmək və onların səbəb olduğu nəticələrə cavab vermək üçün son nöqtələri effektiv şəkildə qorumaq, təhdidləri aşkar etmək və onlara cavab vermək üçün xüsusi alətlər dəsti tətbiq edin;
- təcavüzkarların ən son texnikaları, taktikaları və prosedurlarından xəbərdar olmaq üçün ən son Threat Intelligence məlumatlarından istifadə edin.